Şənbə, 17 June 2017 12:12

Əsgərov: "Qətnamə ikitərəfli münasibətlərə xələl gətirəcək"

Əsgərov: "Qətnamə ikitərəfli münasibətlərə xələl gətirəcək"

Azərbaycan Respublikası parlament sədrinin birinci müavini deyib ki, Avropa Parlamentində “Əfqan Muxtarlı və Azərbaycanda mətbuatın vəziyyəti” adlı qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz.

APA-nın məlumatına görə, Ziyafət Əsgərovun sözlərinə görə, adı çəkilən qətnamənin qəbul edilməsi ona dəlalət edir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən erməni lobbisini narahat edir.

iyunun 15-də Avropa Parlamentində qəbul olunan qətnamə Əfqan Muxtarlının oğurlandığını bildirərək bunu kəskin şəkildə pisləyir və insan haqlarının ciddi şəkildə pozulması adlandırır. Qətnamədə həmçinin Azərbaycanda insan haqlarına basqılar da pislənilir.

Şərh yaz


Məxfi kod
Yenilə