Cümə, 16 June 2017 15:28

Azərbaycan Respublikasında ikinci qədr gecəsi

Azərbaycan Respublikasında ikinci qədr gecəsi

Azərbaycan Respublikasında Əhli-Beyt(ə) vurğunları feyz və bərəkətlə dolu ikinci qədr gecəsində və ədalət təcəssümü, möminlərin ağası Həzrət Əli(ə)-ın şəhadətinin ildönümü gecəsində məscid və hüseyniyyələrdə öz ağalarının xatirəsinə gecəni səhərədək oyaq qalıblar.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu fəzilətlə dolu gecədə möminlər və ölməz vilayət məktəbinin davamçıları mənəviyyatla dolu bir atmosferdə bir araya gəliblər. Onlar dualar oxuyub, Qurani-Kərimi başları üzərinə qoyaraq, mənəviyyatla dolu ürəklə Allah-Taalanın dərgahına əllərini uzadıb və onunla razu-niyaz edib və öz ürəklərini dünyəvi paslardan təmizləyiblər.

Fatehe Xeybər, Heydəre Kərrar, möminlər ağası, Həzrət Əli(ə)-ın şəhadəti ilə bağlı əzadarlıq etmək Azərbaycan Respublikasındakı bəzi məscidlərdə keçirilən digər tədbirlərdən olubdur.

Natiqlər də bu fəzilətlə dolu gecədə qədr gecələrinin əhəmiyyəti, həmçinin oruc-namazın qəbul olunmasının şərti, eləcə də Həzrət Əli(ə)-ın şəxsiyyəti barədə mətləblər söyləyib və o həzrətin xüsusiyyətlərinə təkid ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə