Cümə axşamı, 15 June 2017 18:35

R.Əhmədli: “Azərbaycanda “Qüds Günü” dövlət tərəfindən qeyd olunmalıdır”

R.Əhmədli: “Azərbaycanda “Qüds Günü” dövlət tərəfindən qeyd olunmalıdır”

Qarabağ İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli Azərbaycan Respublikasında Ümumdünya Qüds gününün dövlət səviyyəsində keçirilməsinə çağırıb.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli “İslaminSesi” nə müsahibəsində bildirib ki,  “Beynəlxalq Qüds günü" ilə   bütün dünyada zülmə, zalıma,  təcavüzə, işğala həmrəylik nümayiş etdirmək ənənəsi qoyuldu. Bu yalnız müsəlmanların vəzifəsi yox, dünyanın hər yerindən olan insanpərvər, sülhsevər, ədalətsevər insanların həmrəylik günüdür.  "Qüds günü" həm “Bosniya günü”, həm “Qarabağ günü”, həm “Kəşmir günü” kimi xarakterizə olunur. Yəni bu gün rəmzi xarakter daşıyır. Əslində isə bu rəmzin ətrafında birləşən insanlar zülmə, təcavüzə etirazlarını bildirirlər”.

Rövşən Əhmədlinin sözlərinə görə, insanlar ibadət edərək, qəlblərini Allah qarşısında təmizləyərək saflaşırlar: “Digər tərəfdən isə ibadətin ictimai, həmrəylik  , bir-birinə kömək etmək tərəfini  “Beynəlxalq Qüds günü" - də yerinə yetirirlər. Ona görə də, Azərbaycan işğala məruz qalan, torpaqlarının 20 faizini itirən bir ölkə olaraq, “Beynəlxalq Qüds günü" nü qeyd etməlidir. Çünki “Qarabağın işğalı, Qüdsün işğalının davamıdır”.  Biz bu günü qeyd etməklə Qarabağın işğalına etiraz bildiririk. Bu baxımdan Azərbaycanda “Qüds Günü” ictimai siyasi və dini sferada dövlət tərəfindən yüksək səviyyədə qeyd olunmalıdır”. 

İlk dəfə 1979-ci ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilən "Qüds günü" artıq beynəlxalq miqyasda qeyd olunur. Belə ki,  hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎