Çərşənbə, 14 June 2017 18:30

Səmədov 3 il müddətinə Qobustana göndərildi

Səmədov 3 il müddətinə Qobustana göndərildi

Doktor Mövsüm Səmədovun Qobustan Qapalı təcridxanasına göndərilməsi ilə bağlı keçirilən məhkəmə prosesi başa çatıb.

"İslaminSesi" nin məhkəməni izləyən əməkdaşının verdiyi məlumata görə, prosesə sədrlik edən Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədov  doktor Mövsüm  Səmədovun 3 il müddətində Qobustan təcridxanasında cəza çəkməsinə qərar verib.  

Qaradağ rayon məhkəməsinin zalının kiçik olmasına görə, hamının iştirakı mümkün olmayıb. Hətta Möhsün Səmədovun 12 yaşlı qızı da məhkəmə zalına girə bilməyib. 

Mövsüm Səmədov 2011-ci ildə tənqidçi çıxışından sonra hakimiyyəti güclə ələ keçirməyə cəhd göstərmək ittihamı ilə 12 il azadlıqdan məhrum edildi. 

Mövsüm Səmədov 2014-cü ildə Qobustan Qapalı təcridxanasına göndərilmiş və 2016-cı ildə Qobustan təcridxanasından 12 saylı CÇM-yə qaytarılmışdı. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎