Çərşənbə, 17 May 2017 20:02

İslamiada yarışlarında iranlı ağır atlet qızıl medal alıb

İslamiada yarışlarında iranlı ağır atlet qızıl medal alıb

 

Bu gün 4-cü İslam Həmrəyliyi Oyunlarda 105 kiloqram çəki dərəcəsində yarışan ağır atletimiz Mohəmmədreza Bərari ümumilikdə 395 kiloqram nəticə əldə edərək, qızıl medal qazanıb.

Bu, İranın idman karvanının 40-cı medalı olmaqla bərabər, həm də 11-ci qızıl medalıdır.

Bu yarışlarda iraqlı ağır atlet də bütövlükdə 391 kiloqram nəticə əldə edərək, gümüş, özbəkistan idmançısı isə bürünc medal qazanıbdır.

4-cü İslam Həmrəyliyi Oyunlarına göndərilmiş İranın idman karvanı indiyədək bir çox idman növündə, o sıradan ağır atletika, atıcılıq, yüngül atletika, taekvondo və əlillərin yüngül atletika yarışlarında medallar qazanıbdır.

4-cü İslam Həmrəyliyi Oyunları 54 islami ölkənin iştirakı ilə 22 idman növündə mayın 12-də Bakı şəhərində başlanıb. Bu oyunlar mayın 22-dək davam edəcəkdir.

127 kişi və 31 qadın idmançıdan ibarət İranın idman karvanı bu yarışlarda 20 idman növündə yarışır. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎