Cümə axşamı, 01 Mart 2012 23:29

İlham Əliyevin təcili müşavirə çağırdığı haqda məlumat yayıldı

İlham Əliyevin təcili müşavirə çağırdığı haqda məlumat yayıldı
Aran Radio-"Bu dəqiqələrdə Azərbaycan prezidenti İlham Əliyev güc strukturlarının iştirakı ilə fövqalədə toplantı keçirir"

Toplantıya səbəb bu gün ölkənin şimalındakı Quba şəhərində baş verən hadisələrdir». Bu barədə REGNUM agentliyi xəbər yayıb.

Xəbərdə deyilir ki, Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefa tələbi ilə başlanan aksiya sonradan nəzarətdən çıxıb. Qəzəblənmiş kütlə icra hakimiyyətini və başçının evini yandırıb.

Agentliyin məlumatına görə, hadisə yerinə prezidentin tapşırığı ilə nəqliyyat naziri Ziya Məmmədov, Prezident Adminstarsiyasının şöbə müdiri Zeynal Nəğdəliyev və həmin rayondan deputat seçilmiş Vahid Əhmədov göndərilib.

Onlar aksiya iştirakçılarna söz veriblər ki, rayonun sosial problemləri həll olunacaq. Bir qədər əvvəl qubalıları təhqir etmiş icra başçısının əvəzinə nəqliyyat naziri rayon sakinlərindən üzr istəyib.

«Hazırda İlham Əliyevin sədirliyi ilə keçirilən toplantıda rayondakı durum geniş müzakirə edilir» deyə agentlik yazır. (azadliq.az)

Şərh yaz


Məxfi kod
Yenilə