Bazar ertəsi, 15 Avqust 2011 11:16

Hacıcan bilirsən niyə həbs olunmusan

Hacıcan bilirsən niyə həbs olunmusan

Aran Radio-Azərbaycan Respublikası Mübariz Ruhanilər Cəmiyyətinin sədri Tohid İbrahimbəyli tanınmış ruhani Hacı Abgül Süleymanovun həbsinin onun İslam dəyərlərini müdafiəsində əzmkar olduğu ilə bağlı olduğunu qnaətindədir.

Tohid İbrahimbəyli İslam-Azəri saytında dərc etdirdiyi "Hacıcan bilirsən niyə həbs olunmusan?" sərlövhəli yazıda vurğulayır : "O vaxtki istəyirdilər şəhid Mubariz İbrahimovun düşmənimiz erməniyə qarşı şücaətin bu ölkədə ört basdır edib onu atəşkəsi pozmaqda ittiham etsinlər, bu igidliyin xəbərin yayılmasının qarşısını alsınlar. Sən heçnədən çəkinmədən, bütün vücudunla, var gücünlə Cəfəri heyətinin, islam-azeri.az saytının köməyi, Hacı Ramin Bayramovun fədakarlığı ilə Azərbaycan tarixində iz qoymuş şəhid Mubarizin Hüseyn məktəbindən öyrənmiş igidliyin bütün dünyaya çatdırdın. Bu günə qədər yaratdığınız kliplər, sürudlar, təşkil etdiyiniz məclislər xatirələrdə yaşayır. Və bu da xaricdə və daxildə olan erməni və onların nökərlərini qəzəbləndirdi. Sizə qarşı bəslədikləri kinləri bu gün aşkara çıxardıb özlərin xar etdilər. Və yaxud sənin məzlum Fələstin, Qəzza və Livan xalqını mudafiə etməyin, mənfur İsrail rejiminə etirazların səbəb oldu ki, sən onlar və onların nökərləri üçün təhlükəyə çevriləsən. Nəticədə gülünc və həyasız şəkildə narkotiklə ittiham olunursan, hansi ki minbərlərindən gələn bu səsin: "Cavanlar narkotik maddələr geniş şəkildə paylanılır ki, siz bunlara uyub vətənivizi, torpağınızı, namusunuzu, qeyrətinizi, dininizi, əxlaqınızı və milli mənəvi dəyərlərinizi unudub zalımlara baş əyəsiz" heç vaxt qulağımızdan getməz. Hacıcan sənə izzətlə azadlıq arzu edirəm", yazır Mübariz Ruhanilər Cəmiyyətinin sədri yenicə həbs olunmuş Hacı Abgül Süleymanova xitabən.

Şərh yaz


Məxfi kod
Yenilə