Çərşənbə, 06 Oktyabr 2021 17:36

Bağlanılan Hüseyniyə hansı fəaliyyətlə məşğul olurdu?-TAHLIL

Bağlanılan Hüseyniyə hansı fəaliyyətlə məşğul olurdu?-TAHLIL

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bildirdiyinə görə dünən günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Bakıdakı iranlıların hüseyniyyəsinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.

Aərbaycan hakimiyyəti Əhli-beyt hüseyniyyəsinin bağlanmasını  COVİD-19 xəstəliyi ilə bağlı profilaktik tədbir adlandırsa da, müstəqil müşahidəçilər Hüseyniyyənin başlanmasını sifarişli qərar adlandırırlar.

Bakıdakı Əhli-beyt(ə) hüseyniyyəsi Azərbaycan Respublikasının 30 illik müstəqilliyi dövründə bu ölkədə islam prinsiplərinin bərpası, şiəliyin yayılması və inanclı insanların yetişdirilməsində xüsusi rola malik olmuşdur.

Belə bir təbəqənin formalaşması isə, ölkədə milli mentalitetin qorunub saxlanılması, vətənə, xalqa, dinə sadiq qalan, şücaətli, vicdanlı insanların yetişməsinə öz töhfəsini vermişdir. Həmin təbəqənin, istər 30 illik işğal dövründə, istər 44 günlük vətən müharibəsində ölkənin suverinliyi və ərazi bütövlüyünü mühafizə etməkdə vəəzedilməz rolu olmuşdur. Bu danılmaz faktdır ki, dindar təbəqədən əlavə digərlərinin vətən və torpaq bağırmaları daha çox şəxsi, ailə, qrup maraqları istiqamətində siyasi məqsədlərlə həyata keçirilir. Çünki onların ölkənin 20 faiz əraziləri işğal altında olarkən işğalı qanuniləşdirməyə cəhd göstərən qərb ölkələrinin və qurumlarının istəklərini icra ilə məşğul olmaları kimsəyə gizli deyil.  

Azərbaycan Respublikasındakı dindarlar isə, bütün məhdudiyyətlərə, məişət problemlərinə sinə gərərək, öz mübarizə əhval ruhiyyələrini qoruyub saxladılar və ötən il 2-ci Qarabağ müharibəsində işğalçıların cəbhəsini qırdılar və 30 illik bir məğlubiyyət damğasını Azərbaycan xalqı və dövlətinin üzərindən sildilər.

Bu igid oğullar, Əhli-beyt hüseyniyyəsinin 30 ildir başlatdığı və davam etdirdiyi təşviqat və məarifləndirmə prosesinin yetişdirmələri idilər və təəssüflər olsun ki, bu inanclı şəhadətsevər oğulların haqq mübarizəsinin və verdiyi qanların məhsulu iki əlli sionistlərə təqdim edildi.

Bu gün hüseyniyə məktəbində təlim alaraq 30 illik işğala son qoyan inanclıları cəmiyyətdən silmək üçün Əhli-beyt hüseyniyəsinə “iranpərəstlər” mərkəzi adı verilərək əslində Azərbaycan Respublikasından şiəliyi silmək prosesinə start verilmiş olub. Əlbəttə keçmişdə də bu ibadət yerinin bağlanmasına cəhdlər göstərilmişdi ancaq uğur qazana bilməmişdi. İndi isə görünən odur ki, Azərbaycan Respublikasında Əhli-beyt düşmənləri qılıncı üzdən bağlayıblar.

Azərbaycan Respublikası dövlət rəsmiləri Hüseyniyənin bağlanmasını keçici səbəblərlə, pandemiya ilə  əsaslandırıblar. Halbuki, bu ibadət məkanı, insanalrın ruhi və mənəvi təmizliyinə hərcür şərait yaratdığı kimi, səhiyyə protokollarına da həmişə tam riayət etmişdir və məhz buna görə də, pandemiyanın yayıldığı ən kəskin dövrlərdə belə bu hüseyniyyə öz fəaliyyətini davam etdirmişdir.

Əziz peyğəmbərimiz Həzrət Məhəmmədin(s.ə) rehlətinin ildönümü ərəfəsində Bakıdakı Əhli-beyt hüseyniyyəsinin bağlanması Azərbaycan Respublikası xalqı üçün mənfi mesaja malikdir,həm də ona görə ki, son günlər vəhabilərə məxsus olan Əbubəkr məscidinin yenidən açılması barədə məlumatlar yayılıb. Hüseyniyyənin bağlanması davam edər, Əbubəkr məscidinin açılacağı xəbəri reallaşarsa deməli hər şey Azərbaycan xalqı üçün tam aydınlaşacaqdır və bu da multikulturalizmdən danışanlara müsbət heç nə qazandırmayacaq.

Şərh yaz


Məxfi kod
Yenilə