Şənbə, 29 Fevral 2020 09:10

Dünya iqtisadiyyatı durğunluğun bir addımlığında

    Dünya iqtisadiyyatı durğunluğun bir addımlığında

Koronavirus xəstəliyinin hər gün daha çox yayılmasının ardınca Avropa və Amerika birjaları neçənci gün dalbadal pay dəyərinin azalmasının şahidi olublar.

Koronavirusun dünyanın iqtisadi bölmələrinə təsirlərinin ardınca Avropa və Amerika birjalarında payların dəyəri və neftin qiymətinin azalması ilə bu birjalar başqa bir durğunluq ərəfəsindədirlər.

Payların dəyəri Almaniyada- 3,2%, Fransada- 3,3%, İngiltərədə- 3,49% azalıb. Amerikanın “Dav Conz” və “Uol Strit” birjaları da 4,42% pay göstəricisi azalması ilə üzləşiblər ki, bu da 2011-ci ilin avqustundan bəri nadir bir hadisədir.

“Spreadex” maliyyə şirkətinin analitiki Kanur Kampbel deyib: Koronavirus bazar və birjalarda daha çox qətliam törədir və hazırda birjalarda son illərin ən pis günləridir.

Nyu-Yorkda MUFG maliyyə qrupunun baş iqtisadçısı- Kris Rapki də deyib ki, Amerika bir durğunluq yolundadır və durğunluğun baş verməməsi üçün möcüzə lazımdır.

Pay dəyərinin süqut etməsilə bir zamanda neftin qiyməti də altıncı gün dalbadal aşağı düşüb və bu azalma son bir həftədə 12 faizə çatıbdır.

Xam Brent neftinin qiyməti 90 sent azalma ilə hər barreldə 50 dollar 83 sentə enib.

Koronavirusun mənşəyi Çindir, amma son günlər bu xəstəlik digər ölkələrə də sirayət edibdir.

Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrdən istəyibdir ki, bu virusla mübarizəyə hazır olsunlar.

Şərh yaz


Məxfi kod
Yenilə