Şənbə, 01 Fevral 2020 10:03

İngiltərə və ayrılıq günü

    İngiltərə və ayrılıq günü

ngiltərənin Avropa Birliyindəki 47 illik iştirakının son günü elə bir halda başa vurulur ki, bu etapdan sonra İngiltərə təqribən birillik keçid dövrünə daxil olacaq ki, özünün xüsusən iqtisadi və ticari sahələrdə Avropa Birliyinə üzv ölkələrlə gələcək əlaqələrini tənzim edə bilmiş olsun.

İngiltərə Avropa Parlamentinin böyük səs əksəriyyətilə qəbul etməsindən sonra bu gün ilk ölkə kimi Avropa Birliyini tərk edəcək və özünün bu müsətək Avropa orqanındakı 47illik üzvlüyünə son qoyacaq.

Conson: Məhz bizim partiya bu ölkəni irəliyə doğru aparır və müxalif partiyaların sabotajlarına rəğmən, İngiltərəni Avropa Birliyindən çıxarır.

Ayrılığın başlanmasından sonra Avropa Birliyinin qapıları İngiltərənin üzünə bağlanacaq və bu ölkə avropalı orqanların qərarçıxarmalarında rol oynamayacaq, lakin tam ayrılığadək keçmişdəki kimi öz üzvlük haqqını ödəməli və Avropa Birliyinin qanunlarını icra etməlidir.

M.K- Breksit qurtarmayıb və Avropa Birliyinə üzv ölkələrlə gələcək əlaqələrin tərzi barədə müzakirənin çətin mərhələsinə daxil olubdur.

Breksit referendumunda İngiltərənin Avropa Birliyindən ayrılmasının lehinə və əleyhinə olanların səs miqdarının yaxınlığı, həmçinin ondan irəli gələn iri həcmdə çıxılmazlıq və qaranlıq cəhət səbəb olub ki, ayrılıq barədə çəkişmələr cəmiyyətdə və parlamentdə dörd ilə yaxın uzun sürmüş və bu müddətdə iki baş nazir də vəzifəsindən kənara çəkilməyə məcbur olmuş olsun.

Ekspertlərin qənaətincə, breksitdən irəli gələn ikitirəlik separatçılardan əlavə, cəmiyyəti və partiyaları da azad buraxmayacaq. Həmçinin İngiltərənin Avropa Birliyindən ayrılması, hər iki tərəfi zərərə salacaq ikibaşlı məğlubiyyətə malik bir qərardır.

Şərh yaz


Məxfi kod
Yenilə