Bazar ertəsi, 27 Yanvar 2020 11:59

Netanyahu: " Əsrin sövdələşməsi təkrarolunmaz bir fürsətdir"

Netanyahu: " Əsrin sövdələşməsi təkrarolunmaz bir fürsətdir"

Sionist rejimin baş naziri Benyamin Netayahu Donald Trampın "əsrin sövdələşməsi" adlı sülh planı haqqında deyib: "Bu plan İsrail üçün bir daha əldə edilməyəcək bir fürsətdir".

İRNA-nın məlumatına görə, Benyamin Netanyahu jurnalistlərə açıqlamasında ABŞ səfərini əhəmiyyətli missiya və İsrailin gələcəyi üçün təkrarolunmaz bir fürsət adlandırıb. "Belə bir fürsət tarixdə təkcə bir dəfə əldə olunar",-deyə o, əlavə edib.

ABŞ prezidenti keçən həftə yanvarın 24-də Benyamin Netanyahu ilə Vaşinqtonda baş tutacaq görüşdən əvvəl "əsrin sövdələşməsi" planını açıqlayacağını xəbər vermişdi.

Ağ Evdə baş tutacaq D.Tramp ilə Benyamin Netanyahu və Sionist rejimin "Mavi-Ağ" partiyasının rəhbəri Benny Qantz arasında görüş yanvarın 28-nə planlaşdırılıb.

Şərh yaz


Məxfi kod
Yenilə