Bazar ertəsi, 13 Yanvar 2020 12:08

Pelosi: Tramp, prezident qalmayacaq

Pelosi: Tramp, prezident qalmayacaq

ABŞ konqresinin nümayəndələr palatasının sədri Trampın impiçment prosesinin izlənilməsi və onun senata təqdim olunmasını vurğulayaraq, deyib ki, o, 2021-ci ildə yeni prezident olmayacaqdır.

Nensi Pelosi yanvarın 13-də ABC Nyus telekanalı ilə müsahibədə əlavə edib: Bundan əlavə, demokrat partiyasının üzvləri böyük ehtimala qarşı Trampı 2020-ci prezident seçkilərindən öncə impiçmentin izlənilməsi yolu ilə Ağ Ev-dən çıxaracaqlar və o, həmişəlik olaraq, impiçment ediləcəkdir.

ABŞ konqresinin nümayəndələr palatasının sədri bildiribdir ki, hazırkı həftə ərzində Trampın impiçmenti qərarını senata göndərəcəkdir ki, onun məhkəmə iclası keçirilmiş olsun.

Pelosi deyibdir ki, bu barədə çərşənbə axşamı günü öz partiyasının üzvləri ilə məşvərət iclası keçirəcək.

Pelosi vurğulayıb ki, Trampın impiçmenti qərarının senata təqdim olunmasında təxir, amerikalı respondentlərin agahlığına bir kömək idi.

ABŞ konqresinin nümayəndələr palatası 2019-cu il dekabrın 18-də tarixi bir rəy sorğusunda Donald Trampın hakimiyyətdən sui-istifadə və konqresin təhqiqatını əngəlləmək ittihamlarıilə impiçment edilməsi layihəsini qəbul etdi.

Şərh yaz


Məxfi kod
Yenilə