Şənbə, 24 Avqust 2019 21:35

Amerikanın Çinlə ticarət savaşının yeni mərhələsi

Amerikanın Çinlə ticarət savaşının yeni mərhələsi

Amerikanın Çinlə ticarət əlaqələri günü-gündən kəskinləşir. Tramp Çin mallarına 30 faizlik tarif tətbiq etməklə iki ölkənin ticarət savaşının yeni mərləsinin işığını yandırdı.

Tramp amerikalı şirkətlərdən istəyibdir ki, dərhal Çini tərk etsinlər, çünki çinlilər əks-hücumda ABŞ-dan idxal olunan 75 milyard dollarlıq malı daha artıq tarifə məruz qoymaq istəyirlər. Onların qəlpələri “Uol Strit”in göstəricilərinə zərbə vurubdur.

Süqut davam edir.

Digər tərəfdən, Amerika ticarət otağı da Trampa rədd cavabı verib; nə üçün ticarət savaşı bu qədər yüksəlibdir?

Bəzilər bu qənaətdədirlər ki, Pekin ilə Vaşinqton arasında sualtı qayıqdan tutmuş ayın kəşfiyyatınadək texnologiya və iqtisadi rəqabətlər indi elə bir nöqtəyə çatıbdır ki, onlardan biri qalib gəlməlidir.

Bu iqtisadi savaşda amerikalılar Çinə ağır zərbələr endiriblər. Nümunəsi, elə bu Çin telefonqayırma məhsullarına zərbədir, hətta Google da Trampın arxasında dayandı.

Amma çinlilər də Amerikadan idxal olunan məhsullara 64 milyard dollarlıq tariflər tətbiq ediblər. Bu ticarət tarifinin ilk qurbanları ildə 500 dollaradək zərər edən amerikalı ailələrdirlər.

Çinlilər deyirlər ki, Amerikanın daş kömürləri keyfiyyətsizdir və anbarda yığılıb qalıbdır. Deyirlər ki, nadir metalları və bəzi nadir mineralları Amerikaya göndərməyəcəklər və sanksiya ediblər. Çinlilər öz nüvə silahlarını ikiqat artırıblar. Digər tərəfdən, deyirlər ki, Amerikanın sanksiyalarına rəğmən, İran neftini satın alacaqlar.

Deyirlər ki, Amerika aşkar iqtisadi bir terrorizm ardıncadır.

Amerikalı analitik Lend Uilyams demişkən,

Müsahibə: Hazırda Tramp üçün İran kimi mühüm bir ölkəyə qarşı birtərəfli sanksiyaların tətbiq edilməsi ilə bağlı ən pis zamandır.

Siyasət və ticarət sahələrində Çin-ABŞ qarşıdurması tezliklə BMT Təhlkəsizlik Şurasına çatacaq. Bundan sonra, bundan öncə və daha çox bitərəf səsdən istifadə edən çinlilərin qarşısında duran mühüm münaqişələrdə Rusiyaya daha da yaxınlaşacaqdır.

Veto, çinlilərin əlində ən mühüm bir kozırdır.

Şərh yaz


Məxfi kod
Yenilə