Bazar, 03 Mart 2019 11:20

Xocalı faciəsi beynəlxalq qanunlara əsasən, bəşəriyyət əleyhinə cinayət sayılır

Xocalı faciəsi beynəlxalq qanunlara əsasən, bəşəriyyət əleyhinə cinayət sayılır

Qafqaz regionu önəmli bir mərkəz, Avropa və Asiya qitələri arasında bizim iqtisadi, ictimai və mədəni körpümüz kimi qədim zamanlardan çoxlu hadisələrin şahidi olmuşdur. 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində, Rusiya və Osmanlı imperiyalarının zəifləməsi və Avropa ölkələrində millətçilik prosesinin başlanması, bu məsələnin təbii olaraq Avrasiyaya sıçraması Qafqazı da sözügedən problemə qərq etdi, Qafqazda erməni-müsəlman davasını başlatdı. Bu qarşıdurmalar əvvəl dini formada olsa da, sonradan millətçi və etnik müharibəyə çevrildi. Bunun bariz nümunələrindən biri 1992-ci il 25-26 fevralda Azərbaycan Respublikasının Xocalı şəhərində müsəlman və günahsız əhalinin qətliam edilməsidir. Bu faciə tarix boyu dünyada baş vermiş digər soyqırımlarla müqayisədə eyni əhəmiyyətə malik olmasına baxmayaraq, beynəlxalq aləm bu hadisəyə qarşı kifayət qədər diqqət yetirməmişdir.Xocalı Azərbaycan Respublikasının bir hissəsi olaraq Xankəndinin şimal-şərqinin 14 km-də yerləşir. Xocalıda Azərbaycan əhalisinin qətliam edilməsi Qarabağ münaqişəsinin ən kədərli hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı-piyada alayının ağır hərbi texnikası, artilleriyası və əsgərlərinin dəstəyi ilə Xocalını işğal etdilər. 2500 nəfərlik cəmiyyət yol tapmaq ümidi ilə öz evlərini tərk edərək Ağdam istiqamətinə üz tutdu. Amma erməni qüvvələri bütün yolları bağlamışdı və şəhər tamamilə mühasirədə idi, heç bir çıxış yolu yox idi. Müdafiəsiz əhali təcavüzkar qüvvələrin ağır atəşi altına düşdü.Təhqiqatçıların araşdırmaları və Xocalı soyqırımının şahidlərinin hekayələri göstərir ki, bu hadisədə qətlə yetirilən, soyuqdan həlak olan, 25-26 fevral gecəsi və ondan bir neçə gün sonra intihar edənlərin sayı 1000 nəfərdən çoxdur.Ermənilər əhalini zorla Xocalıdan çıxartdılar və evlərini tərk etməyənləri qətliam etdilər.Araşdırılmış beynəlxalq qayda və hüquqi sənədlərə diqqət etməklə, Xocalı faciəsi bir genosid və bəşəriyyət əleyhinə cinayət kimi sübuta yetir, insan haqlarını pozmaq, kütləvi qırğın (genosid), etnik təmizləmə və s. kimi beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir. BMT-nin Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi ilə bağlı qətnaməsində bəşər camiəsinin bununla bağlı narahatlığını görmək mümkündür.Xocalı faciəsi ilə bağlı rəsmi sənəd və faktlara diqqət etməklə, bu hadisə beynəlxalq hüquq qanunlarına əsasən, soyqırım olub və insanlıq əleyhinə cinayət sayılır. Halbuki, bu soyqırım hələ də beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb və bu cinayəti törədənlər mühakimə olunmayıb. Bu qətliamın soyqırım olmasının sübuta yetməsinə diqqət etməklə, ümid edirik ki, bu cinayətin amilləri mühakimə olunacaq və cəzalandırılacaq.

Şərh yaz


Məxfi kod
Yenilə