Çərşənbə, 19 Dekabr 2018 09:57

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 17-də 61,21 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,81 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 17-də 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,8 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 17-də 56,69 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,75 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 17-də 58,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,99 dollar/barel azdır.

Şərh yaz


Məxfi kod
Yenilə