Çərşənbə axşamı, 04 Sentyabr 2018 13:58

Türkiyədə misli görünməmiş inflyasiya

Türkiyədə misli görünməmiş inflyasiya

Avqust ayında Türkiyədə inflyasiya 17,9 faizə çatıbdır ki, bu rəqəm 2003-cü ildən bəri ən yüksək rəqəmdir.

Türkiyədə inflyasiya göstəricisinin artması elə bir haldadır ki, bu ölkənin iqtisadiyyatı da milli valyuta dəyərinin aşağı düşməsinə görə, bir çox problemlə üzləşibdir

Türkiyə milli statistika təşkilatının bildirdiyinə görə, avqust ayında Türkiyədə istehlak mallarının qiymət göstəricisi iyul ayı ilə müqayisədə 2,3 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 17,9 faiz artıbdır.

Türkiyənin nəqliyyat, yeyinti məhsulları və mənzil sektorları bu ayda maksimum qiymət artımına malik olublar.

Bu məlumata əsasən, son aylarda dünyanın mötəbər valyutaları ilə müqayisədə son dərəcə tənəzzül etmiş Türkiyə lirəsi də bazar ertəsi günü öz dəyərini daha iki faiz itiribdir. Belə ki, hazırda bir ABŞ dolları 6,60 Türkiyə lirəsinə dəyişdirilir.

Əslində Türkiyə lirəsi cari ilin əvvəllərindən bəri öz dəyərini 40 faizdən çox itirib və onun süqutu prosesi son aylarda Ankara ilə Vaşinqton arasındakı gərginliyə və qarşılıqlı iqtisadi cəzaların tətbiq olunmasına görə, daha artıq şiddət kəsb edibdir.

Türkiyə mərkəzi bankı bildiribdir ki, bu gedişatın qarşısını almaq üçün tədbirlər görəcəkdir. Bu tədbirlərdən biri, bank faizinin artırılmasıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son dərəcə onunla müxalifdir.

Şərh yaz


Məxfi kod
Yenilə