Çərşənbə axşamı, 01 May 2018 14:02

Sionist rejim baş nazirinin təbliğat şousu: İranın nüvə silahı üçün gizli proqramı var

Sionist rejim baş nazirinin təbliğat şousu: İranın nüvə silahı üçün gizli proqramı var

Sionist rejim baş naziri bazar ertəsi gecə televiziya kamerası qarşısında İran İslam Respublikası əleyhinə yeni təbliğat şousunda bir sıra şəkil, kompakt disk və kağızı göstərdi və iddia etdi ki, İranın nüvə silahı istehsalı üçün gizli proqramı vardır.

Fars Xəbər Agentliyinin məlumatına görə, Benyamin Netanyahu sionist rejim cəbbəxanalarında yüzlərlə nüvə başlığının saxlanmasına toxunmadan iddia edib ki, İran Əhatəli Müştərək Təşəbbüs Proqramını imzaladıqdan sonra dünyaya yalan danışıb və atom silahlarının istehsalı proqramını gizlətmək üçün səylərini artırıb. 

Netanyahunun gülünc təbliğatı ilə yanaşı qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə İranın nüvə fəaliyyətlərinin sülhməramlı olduğunu vurğulayıb. 

Netanyahunun bu iddiası amerikalıların İranın nüvə fəaliyyətləri adı altında öncələr irəli sürdükləri iddialardır. Halbuki həmin iddialar nüvə sazişində AEBA tərəfindən yığışdırıldı. 

Netanyahunun iddiası ABŞ dövlət katibi Mayk Pompeonun işğal olunmuş Fələstinə səfərindən dərhal sonra irəli sürülüb, Trampın əliboş olduğunu və nüvə anlaşmasından çıxmaq üçün bəhanəyə ehtiyaclı olduğunu göstərir. 

Netanyahu 6 il öncə BMT-də bir rəsm əsərini göstərərək iddia etmişdi ki, İran nüvə silahını əldə etməklə bağlı qırmızı xəttə çatmaqdadır. 

Tramp həmişə nüvə sazişinin digər tərəflərinin əksinə olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramını dəhşətli saziş adlandırıb və onun ləğv edilməsini istəyir. Netanyahu da Trampı dəstəkləyir. Lakin dünya ABŞ prezidentinin bu düşmənçi hərəkətinə qarşıdır. 

Əhatəli Müştərək Təşəbbüs Proqramı 2016-cı il yanvar ayından qüvvəyə minib.

Şərh yaz


Məxfi kod
Yenilə