Şənbə, 19 Avqust 2017 18:29

Amerikanı siyasi zəlzələmi gözləyir?

Amerikanı siyasi zəlzələmi gözləyir?

Tramp fenomeni. Prezident olmazdan öncə heç bir siyasi keçmişə malik olmayan bir şəxs indi hər gün siyasi və ictimai zəlzələ sala bilər.

Bunlar Amerikada özünü hamıdan üstün irq hesabetmə hissinə düçar olmuş 900 qrupdan birinin üzvləridirlər. Alovlanmış od hazırda Tramp qülləsinədək də gəlib çatıbdır.

Konqresə də gəlib çatıbdır. Belə ki, senatın xarici əlaqələr komitəsinin sədri respublikaçı Bob Korker deyir: Amerika prezidentliyinə ləyaqəti yoxdur. Həm də demokratların nüayəndəsi, Stiff Kohen konqresə bir layihə təqdim edibdir ki, müzakirəyə çıxarılmaq üçün təkcə altı səs çatmır. İmpiçment!

Yəni Tramp əgər sualların öhdəsindən gəlməzsə, kənarlaşdırılacaqdır.

Kohen: Bütün bu sualları Trampın impiçmentində gətirmişəm. İmpiçment olunacaq- rasistləri himayə etdiyinə görə.

İndi amerikalıların 40 faizi Trampın impiçment edilməsini himayə edir. Bəziləri də onun prezident qalmasını istəyirlər. Və sayı da az deyildir.

Fay Malit, siyasi fəal: Tramp heç vaxt bütün Amerika xalqının prezidenti sayılmayacaq. Görəcəyi yeganə iş bu ola bilər ki, tərəfdarlarının arxasından çəkilməsin. 

İndi Amerika ordusu komandanlarnıın bir hissəsi Trampın üstünlük iddiasında olan ağdərili qruplara dəstək verməsini tənqid edirlər. Amerikanın müasir tarixində hərbçilərin Amerikanın daxili problemləri barədə fikir bildirmələri çox az görünübdür.

Stiv Benen, Ağ Evin baş strateqi və həmişə ayrı-seçkilik qoxusu gələn cənab prezidentin çıxışlarının mətnini yazan Trampın köməkçisi; o, başa düşübdür ki, onu kənara qoyacaqlar.

Stiven Benen: Çin ilə rəqabətdə məğlub olmaqdayıq. Şimali Koreya məsələsi də heç bir hərbi həll yoluna malik deyil. Bu həll yollarını unutmaq lazımdır.

Bu, bir neçə gün bundan öncə "Kim Çen In-ın cavabını hiddət alovu ilə verəcəyəm!" demiş Trampın təhdidinin boş olmasına bir eyhamdır.

Amerika vətəndaş müharibəsi dövründən qalmış bütlər birbəbir rasizm tərəfdarları və müxalifləri tərəfindən yerə endirilir. Amma bu günlər bu ölkə mediaları hələ Trampın əcdadının kim olması barədə bir təhqiqat reportajı hazırlamayıblar. Onun babası alman mühacirlərindən olaraq, qızıl tapmaq üçün Amerikaya gəlibmmiş. Tramp prezident olmazdan öncə bəzən hətta Amerikada yaşayan almanların paradında iştirak edirmiş.

Şərh yaz


Məxfi kod
Yenilə