Bazar ertəsi, 03 iyul 2017 13:10

Silah icazəsi, ya ölüm icazəsi?

Silah icazəsi, ya ölüm icazəsi?

Amerikanın Kanzas ştatındakı dövlət universitetlərində işçilər, müəllimlər və tələbələrin odlu silah alqısına və daşınmasına icazə verilib. Belə bir halda, atışmalar amerikalı gənclər arasında ikinci ölüm amilinə çevrilib.

Amerikada silah üzrə yeni icazəyə əsasən, dövlət universitetlərinin işçiləri, müəllimləri və tələbələri universitetin daxilində silah daşımaq icazəsinə malikdirlər. Amerikada silahın daşınması və ondan irəli gələn problemlər bir neçə il bundan öncə ABŞ konqresinin qəbul etdiyi qanunların nəticəsidir. Bu qanunlar zaman keçdikcə, bu ölkədə qalmaqallı bir mövzuya çevrilibdir. Amerikadakı təzadlardan biri budur ki, hər il otuz min nəfərin həyatına son qoyan bu ölkədəki atışmalarla bir zamanda Kanzas ştatı kimi bir ştat dövlət universitetlərinin tələbələrinə özlərilə silah daşımaq icazəsi verir. Bu icazə müəllim və tələbələrə universitetlərdə və dərs otaqlarında silahlı olmaq ixtiyarı verir. Bu qanun dörd il bundan öncə və həmin ştatda ardıcıl atışmalardan sonra ştat əhalisinin təhlükəsizliyini bərqərar etmək bəhanəsilə qəbul olunmuşdu. Amerika xalqı bu qanunla rəftarda iki yerə ayrılıbdır. Onların bəziləri silah gəzdirməyi bir haqq və şəxsi azadlıqlardan biri hesab edirlər. Nəticədə bir kəs xalqın hüquqlarına təcavüz edə bilməz. Bunun qarşı tərəfində digər bir qrup bu qənaətdədir ki, silah qəzəbin yarandığı zaman intiqam almağa səbəb olan bir vasitədir, amma bu arada silah gəzdirmək qanununun tərəfdarları Amerikada daha güclü yerə malikdirlər, zira onların böyükləri Amerikada ən böyük təzyiq qruplarından sayılan silah təşkilatının üzvlərindəndirlər.
 

Şərh yaz


Məxfi kod
Yenilə