Şənbə, 10 June 2017 14:20

Qətər böhranının Türkiyəyə təsiri

Qətər böhranının Türkiyəyə təsiri

Ekspertlər ərəb ölkələrinin Qətərlə böhranının Türkiyəyə mənfi təsiri haqda xəbərdarlıq edirlər.

Türkiyə hökumətinin tənqidçilərindən Cavad Gök deyib: Problem Türkiyənin vasitəçilik edə biləcəyindən daha böyükdür. Çünki bu böhran ərəb ölkələri arasındadır. Biz bilirik ki, Türkiyənin Qətərlə strateji əlaqələri vardır. Türkiyənin həmçinin Qətərdə hərbi bazası vardır. Buna görə, başqa ərəb ölkələrinin fikrincə, Türkiyənin bu vasitəçilikdəki məqsədləri şübhəlidir. Türkiyə bu hadisədən doğan iqtisadi ziyandan qorxur. 

Siyasi təhlilçi Oktay Yılmaz deyib: Türkiyənin Fars körfəsinin bütün ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Qətərlə yaxşı əlaqələri vardır. Buna görə, Türkiyə bu böhranın həll olunmasını, vasitəçilik rolunu oynamasını və gərginliyin artmasının qarşısını almağa çalışır. Bununla belə Türkiyə belə məsələlərdə tərəfdarlıq etməməli və bütün tərəflərlə öz yaxşı əlaqələrini  qorumalıdır. 

Şərh yaz


Məxfi kod
Yenilə