Bazar ertəsi, 05 June 2017 18:05

Yaxın Şərqdə böhran; 4 ərəb dövləti Qətərlə əlaqələrini dayandırdı

Yaxın Şərqdə böhran; 4 ərəb dövləti Qətərlə əlaqələrini dayandırdı

Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir bu gün səhər Qətərlə öz diplomatik əlaqələrini dayandırdıqlarını bildiriblər.

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri, Vaşinqton və Ər-Riyad arasında silah müqaviləsinin imzalanması, eləcə də Trampın Ər-Riyad iclasında çıxışından sonra Qətərlə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri arasında ixtilaflar açıq-aşkar hal alıb. 

Əl-Aləm televiziyasının məlumatına görə, Ali-Xəlifə rejimi Bəhreyndə Qətərin diplomatik korpusunun üzvlərinə bu öklə ərazisini tərk etmələri üçün 48 saat vaxt verib. 

Bəhreyn hökuməti öz hava və dəniz zolağını Qətərin üzərinə bağlayıb və öz vətəndaşlarının Qətərə səfəri və ya bu ölkədə qalmalarını qadağan edib. 

Ali-Xəlifə rejimi Bəhreyndə yaşayan və ya turist kimi bu ölkəyə səfər edən qətərlilərə Bəhreyni tərk etmələri üçün 14 gün vaxt verib. 

Bəhreyndən sonra Səudiyyə Ərəbistanı da Qətərlə diplomatik əlaqələrini dayandırdığını bildirib. Ərəbistan həmçinin Qətərlə bütün dəniz, quru və hava sərhədlərini bağlayıb. 

Səudiyyə Ərəbistanı qətərlilərin bu ölkəyə səfərini qadağan elan edib və Ərəbistanda yaşayan qətərlilərə ölkəni tərk etmək üçün 14 gün vaxt verib. 

Birləşmiş Ərəb Əmirlikləri və Misir də bu gün Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bildirib və regionu destabilliyə sürükləməkdə bu ölkəni suçlayıblar. 

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətərlə əlaqələri son günlər Qətər Əmiri Şeyx Təmim Bin Həməd Ali-Saniyə aid edilən xəbərlərin yayılması səbəbi ilə ağır gərginlik və ixtilaflara səbəb olmuşdur. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎