Bazar, 28 May 2017 12:40

Trampın Avropaya səfəri uğursuz olub

Trampın Avropaya səfəri uğursuz olub

ABŞ prezidenti Donald Tramp əhəmmiyyətli nəticələr əldə etmədən Avropaya ilk səfərini başa çatdırdı.

Bu səfərində Tramp Brusseldə NATO başçıları və İtaliyanın Sisil şəhərində 7-lər qrupu ölkələrin başçıları ilə görüşdü. Tramp həmdə Vatikanda ilk dəfə dünya katoliklərinin rəhbəri Pop Fransizlə görüşüb danışdı.

Bu görüşlərdə müxtəlif mövzular, Dünya ticarəti, iqlim dəyişiklikləri,terrorizmlə mübarizə yolları və miqrant axını barədə söhbətlər getdi. Bu mövzuların demək olar ki hamısında Amerika ilə onun müttəfiqləri arasında fikir ayrılığı özünü göstərdi.

Ticarət məsələsində 7-Lər qrupu Amerikanın əksinə olaraq himayəçi iqtisadiyyat siyasətilə müxalifət göstərdilər. Bu qrup Tramp rəhbərlik etdiyi Amerika qrupunun təsiri altında Sisil iclasında ədalətsiz ticarətdən tənqid maddəsidə qeyə alındı.

Amerika rəsmiləri ümid edirdilər ki, Trampın hüzurunda 7-lər qrupuun ilk iclasında himayətçi siyasət dəstəklənsin. Lakin Almaniya, Yaponiya, Fransa və Kanada Amerikanın çox istehlaklı bazarına əmtəə ixraci üzrə kapital qoyublar. Onlar Trampın “öncə Amerika” şuarı ilə müxalifət etdilər.

Iqlim dəyişiklikləri barədə 7-lər qrupu başçıları bir araya gələ bilmədilər. 7-lər qrupuna üzv Avropa ölkələri iqlim dəyişikliyi ilə qarşılaşma beynəlxalq qanunların həyata keçirilməsinin tərəfdarıdırlar. Bir halda ki, Tramp Amerikanı Paris İqlimdəyişməsi müqaviləsindən çıxarmağa söz verib, Avropalı ortaqlar dünyanın iqlimini ən çox çirkləndirən Amerikanın öz öhdəliklərindən boyun qaçırmasından nigarandırlar. Amerika bu müqavilədən çıxmasını elan edərsə Avropa və Asiya ölkələrinin Amerika ilə əlaqələri artıq ziyan görəcək.

Yalnız 7-lər qrupu deyil Brusseldə NATO başçılarınn iclasında da ABŞ prezidenti proqnoz etdiyi məqsədlərinə nail olmadı. ABŞ rəsmiləri bu iclasdan öncə demişdilər  ki. Ümid edirlər NATO başçıları bu aliyansın budcəsinin artması və ABŞ rəhbərlik etdiyi anti terror koalisiyasına qoşulacaqlar. Amerika omduğu budcə artması barədə heç bir qərar qəbul olunmadı. Gərçi qərara alındı bəzi üzv ölkələr müdafiə məsələsində artıq pul xərcləsinlər. İŞİDlə müharibə məsələsində NATO üzvləri qəbul etdilər ki, Amerika rəhbərlik etdiyi anti terror koalisiyasına locestik və cihaz himayəsini davam etdirsinlər. NATO rəsmən bildirdi ki, qərbi Asiya və şimali Afrikada İŞİD lə müharibəyə girişməyəcək. İŞİD-lə mübarizənin təhlükəsizlik barədə mənfi sonuçlarını nəzərə alaraq Amerika qarşısında müqavimət göstərib.

NATO və 7 lər qrupunun birgə bəyannaməsindən əlavə Amerika bu müttəfiqləri ilə nəzərdə tutduğu mövzularda razılığa gələ bilmədi. Vaşinqtonun hazırki vəziyyəti və “Tramp- Rusiya” dosiyəsinə görə bu uğursuzluq ABŞ dövləti  və Trampa artıq təzyiqlər yükləyəcək.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎