Çərşənbə, 03 May 2017 14:09

Ərdoğan yenidən AKP-də

Ərdoğan yenidən AKP-də

Əhməd Qasımxan: Ərdoğanın AKP-yə qayıdışı Türkiyədə "ixtilaflara" yol aça bilər.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan yenidən təsisçilərindən oldğu Ədalət və İnkişaf Partiyasının(AKP) sıralarına qayıtdı. Bu addım, Ərdoğanın ötən ay Türkiyədə konstitusiyaya dəyişikliyin edilməsi üzrə referendumda xalqdan dəstək almasının ardınca atılıb. Konstitusiyaya edilən dəyişikliklər əsasən ölkədə parlament üsul idarəsinin prezident üsul idarəsinə dəyişdirilməsidir. Konstitusiyaya ediləcək dəyişikliklər isə 2019-cu ildən qüvvəyə minmiş olacaq. Konstitusiyaya edilən dəyişikliklərdən biri də prezidentin heç bir partiyanın üzvü olmaması şərtinin ləğv edilməsi idi. Bu dəyişiklik isə dərhal qüvvəyə mindiyi üçün Ərdoğan bu dəyişikliyi əsas tutaraq, yenidən Ədalət və İnkişaf Partiyasının sıralarına qatılıb. İndi Ədalət və İnkişaf Partiyasının 21 May tarixində öz fövqəladə iclasında Ərdoğanı yenidən partiya sədri seçəcəyi gözlənilir. Ərdoğan 2003-2014-cü illərdə Türkiyənin baş naziri olub. Prezident seçildiyi zaman isə, öz partiyasını tərk etməyə məcbur olmuşdu.

Siyasi məsələlər üzrə analitik Əhməd Qasımxan Türkiyədə baş verən siyasi dəyişikliklər haqda deyir: "İndiyə kimi prezident vəziyyətə nəzarəti öz əlində saxlamağı bacarmışdı. Amma, prezidentlik və partiya iki fərqli qurumdur. Hazırda, onlar birləşmə yolunda qərarlaşıblar. Və mənim qənaətimə görə, belə bir vəziyyətdə daha az siyasi vəzifələr mövcud olacaq. Keçmiş təcrübələrə əsasən, bu vəziyyət sonda, ixtilafların yaranmasına səbəb olacaq və bu qaçılmazdır."

Əhməd Qasımxan əlavə edib: "Bu ixtilaflar hər şeydən daha çox prezidentin düşüncələrinə bağlıdır. Onun, hadisələrə tam nəzarəti təmin etməsi və iki siyasi sistemi birləşdirməkdə nə qədər sürətli davranacağından asılıdır."

Ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının(CHP) sədri Kamal Kılıçdaroğlu isə deyir: "Bu günkü açıqlamalar tərəfsiz bir prezidentin var olduğu dövrün sonu idi. Bir partiya sədri bütün Türkiyə xalqının prezidenti ola bilməz. Bu dövr artıq başa çatdı. Bir partiya sədri sadəcə həmin partiyaya səs verənlərin prezidenti ola bilər."

Şərh yaz


Məxfi kod
Yenilə