Çərşənbə, 05 Aprel 2017 19:31

Azərbaycanın müdafiə nazirinin Səudiyyə Ərəbistanına səfəri-TƏHLİL

Azərbaycanın müdafiə nazirinin Səudiyyə Ərəbistanına səfəri-TƏHLİL

Bakı və Ərrəyadın qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətindəki səylərinin davamında Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Səudiyyə Ərəbistanına səfər edib.

Son illərdə Azərbaycan Respublikasının prezidenti, prezidentin müavinləri və xarici işlər naziri də Ərrəyada səfər etmişlər. Bu səfərlərdə Səudiyyəli iş adamlarının Azərbaycan Respublikasında investisiya qoymaları mövzusu araşdırılmışdır amma buna baxmayaraq 2015-ci ilin axırlarında Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət mübadilələrinin dəyəri 4 milyon dolları ötüb keçə bilmədi, bu isə tərəflər arasında çoxda ciddi ticari mübadilələrin olmadığını deməyə əsas verir bunun səbəbi isə iki ölkənin qarşılıqlı ticarət və iqtisadi əməkdaşlıqların genişləndirilməsi üçün lazımı potensiallara malik olmamalarıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası müsəlman və şiə ölkədir, Səudiyyə Ərəbistanı isə dünyada vəhhabiliyi yayan ölkə kimi tanınır. Azərbaycanın müsəlman xalqı vəhhabilikdən yara aldığını düşünür və qərb tərəfindən icad edilmiş bu uydurma təriqətə kəskin qarşıdır. Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycanla Səudiyyə Ərəbistanı əlaqələrini iqtisadi və təhlükəsizlik baxımından araşdırmaq olar. 

Reallıq bundan ibarətdir ki, son 10 il ərzində qərb dövlətlərinin investisiyalarını cəzb etməyə olan ümidini itirmiş rəsmi Bakı orta perspektivdə Fars körfəzinin sahilyanı ərəb ölkələrinin sərmayələrini cəlb etməyi planlaşdırır. Əslində 1994-cü ildən etibarən qərb dövlətləri Azərbaycan Respublikasının sənaye və xidmət sektorlarına 60 milyard dollarlın investisiya qoymaq üçün öz üzərlərinə öhdəlik götürüblər, bununla belə qərb dövlətləri son 20 ildə öz öhdəliklərinin yarısından da azını yerinə yetiriblər. 

2014-cü ildən bəri maliyyə və iqtisadi problemlərlə üz-üzə duran İlham Əliyev hökuməti bu qənaətə gəlib ki, Fars körfəzinin sahilyanı ərəb ölkələri xüsusiylə Səudiyyə Ərəbistanının investisiyalarını cəlb etməklə ölkədəki mövcud maliyyə və iqtisadi problemləri həll edə biləcək. Rəsmi Bakı yeni investorlar xüsusiylə ərəb dövlətlərindən, qeyri-neft sektoruna, turizm və xidmət sahələrinə investisiya qoymalarını gözləyir. Əslində bu kimi investisiyalar yüksək riskli hesab olunur və investoru ziyana düçar edə bilər. Lakin gözdən qaçırmaq olmaz ki, Səudiyyə Ərəbistanı dünyada terrorizm və vəhhabiliyi yayan dövlət kimi tanınır, bu ölkə özünün yanlış təriqətini yaymaqla məşğuldur, hansı ki, həmin təriqət vaxtıylə inqilislər tərəfindən icad edilib və bu kimi bəzi ərəb ölkələrinə yayılıb. 

Məhz bu reallığı nəzərə alaraq Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıqlar rəsmi Bakı üçün və hətta digər region ölkələri üçün təhlükəsizlik  problemlərinə gətirib çıxara bilər. 

Azərbaycanın müsəlman xalqı anti-sionist və anti-vəhhabilik mövqeyinə malikdir və öz dövlətindən Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlıqların çərçivəsini öncədən müəyyənləşdirməsi ə dəqiqləşdirməsini gözləyir. Azərbaycan Respublikası xalqı bu ölkədə vəhhabiliyin yayılmasından nigarandır və bu da rəsmi Bakının Ərrəyadla əlaqələri genişləndirməsindəki məhdudiyyətləri artırır. 

Şərh yaz


Məxfi kod
Yenilə