Çərşənbə axşamı, 28 Mart 2017 13:20

Jurnalistlərin fəaliyyətinə mane olanlar cəzalandırılacaq – 1000 manatadək cərim

Jurnalistlərin fəaliyyətinə mane olanlar cəzalandırılacaq – 1000 manatadək cərim

Azərbaycanda jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır.

“İslaminSesi” Reporta istinadən xəbər verir ki, hazırda Cinayət Məcəlləsinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə görə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Dəyişikliklə cərimənin miqdarının 500 manatdan 1000 manatadək artırılması təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Şərh yaz


Məxfi kod
Yenilə