Çərşənbə axşamı, 14 Mart 2017 10:24

Türkiyə-Hollandiya böhranı Ərdoğanın mövqelərini möhkəmləndirəcək - ANALİZ

Türkiyə-Hollandiya böhranı Ərdoğanın mövqelərini möhkəmləndirəcək - ANALİZ

"Bu Avropa cəmiyyətində parçalanma və qarşıdurmaya səbəb ola bilər..."

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, “TOBB Ekonomi ve Teknoloji Üniversitesi”nin professoru Toğrul İsmayıl bildirib ki, rəsmi Ankara ilə Amsterdam arasındakı böhran Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ölkəsindəki mövqelərini daha da möhkəmlədəcək.

Avropalılar Türkiyə və Rusiyanı özlərinə düşmən etmək istəyirlər. Bu da Avropa siyasətinin daha da çox radikallaşmasına səbəb olacaq. Avropa İttifaqı ölkələri monoetnik dövlətlər deyil: onların vaxtilə dəvət etdikləri həmin “qastarbayterlər”*, hazırda o ölkələrin tamhüquqlu vətəndaşlarıdırlar. Bu Avropa cəmiyyətində parçalanma və qarşıdurmaya səbəb ola bilər. Avropa Türkiyəyə qarşı fərdi yanaşır.  Əgər avropalı siyasətçilər düşünürlərsə ki, bu addımlarla Ərdoğan və onun partiyasının mövqelərini zəiflədəcəklər, o zaman hər şey əksinə olacaq: Türkiyə lideri, onun partiyası və seçkilərdə onlara səs verəcək şəsxlər daha da çox birləşəcəklər. Hətta müxalifət də bu münaqişədə hakim partiyanı  dəstəklədi.”, - deyə İsmayıl bildirib.

Onun sözlərinə görə, Niderland rəhbərliyi türkiyəli nazirə çıxış Rotterdamdakı Türkiyə Baş konsulluğu ərazisində çıxış etmək fürsəti verməməklə qeyri-qanuni hərəkət edib.

Bu, holland hakimiyyətinin sırf siyasi qərarıdır. Onları fəaliyyətini qanuni adlandırmaq olmaz, onlar nazirə konsulluğa yaxınlaşmağa imkan vermədilər sırf siyasi böhrandır. Buna Avropadakı ultra-sağçı hərəkatın inkişafı və Türkiyə və bütün müsəlman dünyasından düşmən siması yaratmaq cəhdi səbəb oldu.”, - deyə o qeyd edib.

Mütəxəssis bu böhranın Türkiyə ilə Niderland arasında olan ikitərəfli münasibətlərə ciddi təsir edəcəyini gözləmir. “Hollandiyanın Türkiyənin onunla münasibətdə zərər görə biləcəyi ölkə deyil. Müəyyən diplomatik demarşlar (çıxışlar - red.) olacaq, lakin artıq görünür ki, Hollandiya barışmaq və yaranmış vəziyyətdən çıxmaq istəyir.”, - deyə İsmayıl əlavə edib.

*Qastarbayter (almanca: Gastarbeiter tərcüməsi qonaq-işçi deməkdir) öz vətənlərindən uzaqlarda yaşayan və hər hansı bir işlə məşğul olan əcnəbi işçilərdir.


Türkiyə-Hollandiya böhranı Ərdoğanın mövqelərini möhkəmləndirəcək - ANALİZ

Şərh yaz


Məxfi kod
Yenilə