Cümə, 03 Fevral 2017 12:30

Üzeyir Cəfərov: “Cəbhə xəttində baş verənlər vəziyyətin yaxşılaşacağını düşünməyə imkan vermir”

Üzeyir Cəfərov: “Cəbhə xəttində baş verənlər vəziyyətin yaxşılaşacağını düşünməyə imkan vermir”

Son vaxtlar Ermənistan tərəfinin təxribatları davam etməkdədir. Belə ki, uzun zaman keçməsinə baxmayaraq azərbaycanlı əsgərin cənazəsini geri qaytarmamaqda israr edən düşmən tərəfi bu təxribatlarını davam etdirməkdədir. Belə ki, bu günlərdə ermənilər daha bir Azərbaycan vətəndaşını girov götürüb.

 

Hərbi ekspert Üzeyir Cəfərov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Ermənistan Azərbaycanı açıq şəkildə təxribata çəkir: “Çox təəssüf ki, Ermənistanın cinayətkar siyasi-hərbi rəhbərliyi hələ də dünyanın idarə olunduğu qayda-qanunu heç cürə tanımaq istəmir və öz insanlıqdan kənar hərəkətlərini davam etdirməkdədir. Bir aydan çoxdur ki, şəhid əsgərimiz Çingiz Qurbanovun cəsədi düşmən tərəfdə heç bir ciddi əsas olmadığı halda saxlanılır. Bütün müraciətlərə və addımlara baxmayaraq, hələ də cansız bədənlə ədavət aparan qansız düşmənlər anlamaq istəmirlər ki, onlar çox pis ənənənin başlanğıcını qoyublar. Onsuz da gec-tez onlar çox peşman olacaqlar. Üstəlik keçmiş hərbi qulluqçu Elnur Hüseynzadənin girov götürülməsi onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanı açıq şəkildə təxribata çəkir. Onlar çalışırlar ki, vəziyyətdən bezən Azərbaycan tərəfi düşmənə qarşı güc amilindən istifadə etsin və güclü toqquşma baş versin. Nə qədər qəribə səslənsə də, beynəlxalq qurumlar, xüsusən də ATƏT-in Minsk qrupunun çox marağındadır ki, qoşunların təmas xəttində güclü münaqişə baş versin, bundan sonra onlar "aktiv" hərəkətə başlasınlar. Hesab edirəm ki, baş verənlər heç də yaxşı vəziyyətin olacağını düşünməyə imkan vermir. Hadisələr get-gedə daha da dərinləşəcək və ola bilsin ki, ötən ilin aprel ayında baş verən hadisələr və ondan da güclü toqquşmalar baş versin. Ön xətdə duran qoşunlarımız son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Düşmən öz həyasız əməllərindən əl çəkmək istəmir”. (deyerler.org saytına istinad

Şərh yaz


Məxfi kod
Yenilə