Bazar ertəsi, 02 Yanvar 2017 12:10

İran və Naxçıvan əlaqələri genişlənir

İran və Naxçıvan əlaqələri genişlənir

İran İslam Respublikası və Naxçıvan Muxtar Respublikasının əlaqələri irəliyə doğru prosesi keçir.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, bu muxtar respublika İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə müştərək 163 km sərhəd vasitəsi ilə və Poldəşt-Şahtaxtı və Culfa-Culfa rəsmi sərhəd keçidləri ilə İranın Naxçıvanın ticarət bazarında iştirakı və müxtəlif cəhətlərdə əməkdaşlığın genişləndirilməsi üçün münasib şərait yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iki tərəfin dini, tarixi və mədəni ortaqlıqlarına toxunaraq deyib: Hazırda İran və Azərbaycan Respublikası prezidentlərinin iradəsi ilə iki tərəf müxtəlif sahələrdə, əməkdaşlıqların genişləndirilməsi baxımından yaxşı və səmərəli səviyyəni əldə etmişdir və bu əməkdaşlıqlar davam etdirilir. Elektrik və qaz, tranzit, nəqliyyat, ticarət, mədəniyyət və incəsənət sektorları Naxçıvan Muxtar Respublikasının İranla əməkdaşlıq etdikləri sahələrə daxildir. Son vaxtlar iki tərəfin səhiyyə və müalicə sahəsindəki əməkdaşlıqları yeni mərhələyə daxil olub.

İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım ötən bir ildə bu fəaliyyət sahələri, o cümlədən mütəxəssis həkim mübadiləsi və Naxçıvan və Təbrizdə təlim kurslarının keçirildiyini bildirərək əlavə edib: Bu fəaliyyətlər səhiyyə turizmi və Naxçıvan Muxtar Respublikasına dərman ixracatının inkişafında təsirli olmuşdur. Belə ki, Hazırda İran ayda 500 min manat dəyərində 150 növ dərmanı və ildə 6 milyon dollardan çox dəyəri olan dərmanı bu muxtar respublikaya ixrac edir.

Ayrım əlavə edib: Səhiyyə turizmi anlaşmalarının inkişafı istiqamətində səhiyyə və müalicə əməkdaşlıqlarının əhəmiyyətini nəzərə alaraq gələcəkdə ixrac olunan 150 növ dərman preparatı 500 növə artacaq.

Şahtaxtı-Poldəşt və Culfa-Culfa keçid-buraxılış məntəqələrinin iş saatının artırılması da iki tərəfin əlaqələrinin genişlənməsində təsirli olmuşdur və hazırda bu gömrüklər vasitəsi ilə ildə 450 min insanın keçməsi artımın diqqəti cəlb dərəcədə olduğunu göstərir.

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ilə qeyri-neft ticarət dövriyyəsinin həcmi ildə 20 milyon dolları keçir. Bu həcm iki tərəfin potensiallarını nəzərə alaraq bir neçə dəfə arta bilər.

Şərh yaz


Məxfi kod
Yenilə