Çərşənbə axşamı, 30 June 2015 14:02

ABŞ-ın Bəhreynə təhlükəsizlik yardımları yenidən başlayıb -Təhlil

ABŞ-ın Bəhreynə təhlükəsizlik yardımları yenidən başlayıb -Təhlil

ABŞ Dövlət Departamenti bazar ertəsi günü bildirib ki, Vaşinqton 2011-ci ildə bəhreynli etirazçılarla sərt davranıldıqdan sonra dayandırdığı Bəhreyn Silahlı Qüvvələri və Milli Qvardiyasına təhlükəsizlik yardıma yenidən başlayacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bu barədə bir bəyanatda bildirib: Bəhreyndə insan haqlarının vəziyyətinin münasib olduğunu təsəvvür etmədiyimiz bir halda, bu məsələnin əhəmiyyəti vardır ki, insan haqları və milli barışıq istiqamətində islahatlar sahəsində bəzi irəliləyişləri rəsmən tanıyırıq. 
Kirbinin bəyanatında müəyyənləşməyib ki, hansı əlavə təhlükəsizlik yardımları ediləcəkdir. 
Amerikanın bu qərarı Fars körfəzindəki açar müttəfiqinin biri barəsində verilmişdir. Belə ki, Barak Obama İranla nüvə müzakirələri ilə yanaşı Fars körfəzindəki müttəfiqlərinin təhlükəsizliyinə dair öhdəliyi vurğulayıb. 
Bəhreyn uzun müddətdir ABŞ-ın yaxın müttəfiqidir və Amerikanın 5-ci hərbi dəniz donanması bu ölkədə yerləşir. 
Amerika 2011-ci ilin oktyabr ayında Bəhreynə satmalı olan bəzi silahların satışını 2011-ci il fevralında hökumətə qarşı etirazlar başlandığı zamandan insan haqlarının pozulması barədə yerli araşdırmanın həyata keçiriləcəyi zamana qədər təxirə saldı. 
Bununla belə ABŞ Dövlət Departamenti 2012-ci ilin may ayında bildirdi ki, Bəhreynə bəzi hərbi sursatların satışına yenidən başlamaqdadır. Amerikanın bu hərəkəti insan haqları qruplarının tənqidinə tuş gəldi. 
Görünür amerikalılar hazırkı zaman kəsiyində Bəhreyn rejiminin öz ömrünü davam etdirməsi və ona xoşməramlı olduğunu göstərmək üçün belə bir qərara gəliblər. Xüsusilə də İran və 5+1 Qrupu arasında nüvə müzakirələrinin davam etməsi və İranın nüvə məsələsi barədə yekun anlaşmanın əldə olunması ehtimalı Fars körfəzinin cənubunda yerləşən ölkələrin bu barədə mənfi mövqelər sərgiləməsinə və belə bir anlaşmanın əldə olunmasını Amerikanın istər Fars körfəzi, istərsə də Yaxın Şərq səviyyəsində regional siyasətində onların əhəmiyyətinin azalması üçün amil kimi qələmə vermələrinə səbəb olub. 
Belə bir şəraitdə Amerikanın Bəhreynə təhlükəsizlik yardımlarına yenidən başlanmasının elan olunması Vaşinqtonun Bəhreyn rejiminə dəstəyinin davam etdirilməsinə zəmanət məqsədini daşıyır. Ötən 4 ildə və Bəhreyndə xalq qiyamından bəri bu ölkənin siyasi və iqtisadi vəziyyəti, mövcud ayrı-seçkiliklərə etiraz qarşısında Vaşinqton mənalı sükut edərək Bəhreyn rejimi tərəfindən insanların repressiya edilməsinə yaşıl işıq yandırıb. Proqnoz etmək olar ki, Bəhreyndə etirazçılarla sərt davranış prosesi daha da şiddətlənəcəkdir. 
Əslində ABŞ belə hərəkətlərlə birbaşa olaraq Qərbdən asılı və müttəfiq rejimlərin Yaxın Şərqdə hakimiyyətlərdə qalmasını və bu ölkələrdə etiraz hərəkatlarının repressiya edilməsinə kömək edir. 
Digər tərəfdən Amerikanın bu qərarını digər ölkələrdə insan haqlarının pozulması qarşısındakı ikili siyasətlərinin digər bir nümunəsi kimi göstərmək olar. 
Əslində Vaşinqton xeyrinə olduğu zaman asılı və müttəfiq ölkələrdə, xüsusilə də Fars körfəzinin cənubundakı ölkələrdə insan haqlarının pozulmasına tam şəkildə göz yumur. Amma rəqib və yaxud düşmən hesab etdiyi ölkələrlə mübarizə və onlara qarşı təzyiq tətbiq etmək üçün dəfələrlə insan haqları məsələsindən vasitə olaraq istifadə etmişdir.

Şərh yaz


Məxfi kod
Yenilə