Şənbə, 27 June 2015 14:15

Nüvə anlaşması üçün yekun müzakirələr - Təhlil

Nüvə anlaşması üçün yekun müzakirələr - Təhlil

İran və 5+1 Qrupunun nüvə müzakirələri yekun anlaşmaya çatmaq üçün təyin olunan zamana çox yaxınlaşıb. Anlaşmaya çatmaq üçün qalan 3 gün şübhəsiz həssas günlər olacaqdır. Bu gün İran xarici işlər naziri və ABŞ dövlət katibi Vyanada nüvə proqramı barədə danışıqları davam etdirəcəklər.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini, Almaniya, İngiltərə və Fransa xarici işlər nazirləri Frank Valter Ştaynmayer, Filip Hamond və Loran FAbius bazar günü Vyanaya daxil olacaq və bu müzakirələrə qatılacaqlar. Müzakirələrin izlənildiyi bir halda, bəzi ixtilafların davam etməsi danışıqlarda yekun anlaşmanın əldə olunmasına mane ola bilər. 
Sanksiyaların tam şəkildə ləğv olunması üzərindəki ixtilaf, İranın hərbi obyektlərinə baxışın keçirilməsi ilə müxalifət, Cenevrə çərçivəsindən kənar tələblərdə israrlı qalmaq, o cümlədən İranın nüvə alimləri ilə danışıqlar aparmaq bu müzakirələrdəki ciddi ixtilaflardandır. Buna görə, amerikalılar İranla bazarlıq etmək üçün psixoloji əməliyyatı üzrə müzakirələr nəzərdə tutarlarsa, müzakirələr nüvə anlaşması mahiyyətindən çox, İranın üvə proqramını zəiflətmək məqsədini güdən müzakirələrə çevriləcək və bu isə İranın müzakirələrdə qırmızı xətlərinin keçilməsi mənasındadır. 
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz Twitter səhifəsində yazıb: İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi iranlılar izzətli anlaşmanı istəyirlər və tamahkarlıqları rədd edirlər. 
Zərif əlavə edib: Vyanaya davamlı və ədalətli bir anlaşmanı əldə etmək üçün gedirik. Hər iki tərəf müzakirəçilərinin boşluqları doldurmağa çalışmalarına baxmayaraq, ötən gün ABŞ Konqresində respublikaçı Mark Kirk və demokrat Robert Menendez bu ölkənin iki partiyasının himayə etdiyi qeyri-konstruktiv və məhvedici hərəkətdə, bir müddət öncə Barak Obama hökuməti tərəfindən təxirə salınan qərarı yenidən canlandırdılar. Bu qərarda məqsəd İran əleyhinə daha 10 il müddətinə sanksiyaların tətbiqi və müddətinin uzadılmasıdır. Buna görə, əgər anlaşmanın əldə olunması nəzərdə tutulubsa, bu anlaşma təxribatçı hərəkətlərdən kənar və İranın nüvə hüququ çərçivəsində əldə olunmalıdır. 
Bu hallar əslində həmin qırmızı xətlərdir ki, İran onların müzakirələrdə qorunmasını vurğulayır. 
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ötən həftə quruluşun rəsmiləri ilə görüşdə nüvə müzakirələrində İranın qırmızı xətlərini bəyan edərək bir daha sülhməramlı nüvə elmində inkişaf və araşdırmanın davam etdirilməsi və sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayaraq bildiriblər ki, biz amerikalıların israrının əksinə olaraq, 10-12 illik uzunmüddətli məhdudiyyətləri qəbul etmirik və qəbul olunan məhdudiyyətin illərinin ölçüsünü də onlara demişik. 
O həzrət həmçinin buyurublar: Biz qarşı tərəfin öhdəliklərini yerinə yetirməsini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatı ilə şərtləndirməsinə qarşıyıq. Çünki agentlik dəfələrlə-dəfələrlə sübut edib ki, müstəqil və adil deyildir. Buna görə biz ona bədbinik. 
İslam İnqilabının Böyük Rəhbəri həmçinin qeyri-normal araşdırmalar, İran şəxsiyyətlərinin dindirilməsi, hərbi mərkəzlərə baxışın keçirilməsinə qətiyyətli müxalifəti digər qırmızı xətlər olaraq elan ediblər. 
Bu halların vurğulanması göstərir ki, bu müzakirələrdə Amerikaya etimadsızlıq çox ciddidir. Xüsusilə də Amerikanın davranışının keçmişi Qərbin məqsədinin İranın nüvə proqramından nigaranlıq bəhanəsi ilə İranda sülhməramlı nüvə elminin infrastrukturlarını məhv etmək olduğunu göstərir. 
Əslində Amerikanın fikrincə yaxşı anlaşma həmin məsələ əsasında formalaşıb. Buna görə də İran müzakirələrdə qırmızı xətlərin qorunması üzərində çox həssasdır və inanır ki, təyin olunan qırmızı xətlər çərçivəsindən kənar istənilən müzakirə yalnız Amerikanın məqsədlərinin təminatçısı ola bilər.

Şərh yaz


Məxfi kod
Yenilə