Çərşənbə, 03 June 2015 15:36

Azərbaycanın MQ-dən tələbi - Təhlil

Azərbaycanın MQ-dən tələbi - Təhlil

Azərbaycan xarici işlər naziri deyib ki, Minsk Qrupu ölkələrinin başçıları Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmağa məcbur etməlidirlər. Elmar Məmmədyarov müxbirlərlə müsahibdə deyib: Ermənistan bütün beynəlxalq qayda-qanunları pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində manevr keçirməkdə davam edir. O, bildirib ki, İrəvan öz işğalçılıq və təcavüzünün davamında Suriya və Livandakı erməni mənşəliləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırmağa çalışır. O, qeyd edib ki, Ermənistan bu yolla əslində Qarabağ münaqişəsinin dinc həllində pozuculuq edir. Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Minsk Qrupu başçılarının Ermənistanın işğalçılığ qarşısında susmaları haqda deyib: Ermənistan, beynəlxalq qanunları pozan ölkələr tərəfindən dəstəklənir. Azərbaycan rəsmilərinin son açıqlamalarından belə görünür ki, Azərbaycan dövlətinin başçıları Qarabağ münaqişəsi və Minsk Qrupu başçıları qarşısında yeni siyasəti gündəmə gətiriblər. Ekspertlər Azərbaycan dövlətinin yeni mövqeyini düşündürücü bilirlər. Demək lazımdır ki, Azərbaycan dövləti bir il bundan öncədən bəri hər bir yolla bu uzunmüddətli münaqişəyə son qoymaq üçün əlindən gələni edir. Elə buna görə, ötən bir ildə Azərbaycan dövləti Rusiyaya təmayülü ciddi surətdə gündəmə gətirib. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və Bakı və Moskva başçılarının razılaşmaları qərb dövlətlərini, xüsusən ABŞ-ı olduqca nigaran edib. Elə buna görədir ki, ötən həftə ATƏT-in dövri sədri Bakıya səfər etdi və bu beynəlxalq təşkilatın Qarabağ münaqişəsinə son qoymaq üzrə ədalətli həll yolunun tapılması sahəsindəki səylərini vurğuladı. Belə bir halda, ATƏT 20 ildən çoxdur ki, Qarabağ münaqişəsinə son qoymaq üçün bütün səylərini səfərbər edib. Əslində demək lazımdır ki, bu beynəlxalq təşkilat Cənubi Qafqazda bir münaqişənin həlli üçün bundan artıq qüdrətə malik deyil. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa ötən illər ərzində bu həqiqəti sübuta yetirdilər ki, Ermənistanın Azərbaycana qarşı işğalçılığa ilə bağlı ermənilərin mövqeyini dəstəkləyirlər. Belə bir şəraitdə Bakı rəsmilərinin Bakıda ATƏT sədri ilə görüşdə Minsk Qrupunun həmsədrləri tərəfindən Qarabağ münaqişəsinə son qoyulacağını gözləmələri düşündürücüdür. Cürətlə demək olar ki, əgər Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinə son qoymaq istəsəydilər, bu münaqişə indiyədək bitmişdi. Şübhə yoxdur ki, Rusiya, ABŞ və Fransa bu barədə pərdə arxasında bir-biriləri ilə sövdələşirlər. Bu üç ölkənin hər birinin riyakarcasına mövqeləri bu reallığı göstərir ki, onlar bu münaqişəyə son qoymaq istəmirlər. Və şübhə yoxdur ki, Azərbaycan dövləti Ermənistanın qəsbkarlıqlarına son qoymaq üçün öz xalqının bacarıqlarına söykənməlidir. Həmçinin region ölkələrinin rolu da bu uzunmüddətli münaqişənin həllində təsirli ola bilər. 


Şərh yaz


Məxfi kod
Yenilə