Şənbə, 16 May 2015 17:37

İslam İnqilabının Böyük Rəhbərinin İslam peyğəmbərinin Besətinin ildönümü günü münasibətilə bəyanatı(Təhlil)

İslam İnqilabının Böyük Rəhbərinin İslam peyğəmbərinin Besətinin ildönümü günü münasibətilə bəyanatı(Təhlil)

İslam İnqilabının Böyük Rəhbəri Əziz İslam peyğəmbəri həzrət Məhəmmədin(s.ə.s) peyğəmbərliyə təyin olunmasının ildönümü günü münasibətilə bu gün səhər ölkə rəsmiləri və islam ölkələrinin Tehrandakı səfirləri ilə görüşdə İslamdan öncəki dövr ilə müqayisədə daha təhlükəli və daha təchizatlı olan modern cahillik ilə mübarizə aparmaq üçün Besətdən dərs almağın vacibliyini vurğulayıblar. Həzrət Ayətullahülüzma Xamenei başda Amerika olmaqla dünya imperializmini "modern cahilliyin" formalaşmasında başlıca rol oynayan tərəf adlandırıb və deyiblər: İslamdan öncəki dövrə aid olan cahillik günümüzdə "şəhvət" və "qəzəb" kimi iki dayaq üzərində yenidən formalaşıb. Belə ki, bu gün dünyada hədsiz və məntiqsiz şəhvətin habelə, amansız cinayətlər və qırğınların şahidiyik ki, heç bir sərhəd tanımır. Təəssüflər olsun ki, modern cahillik elm və bilik kimi bir silaha yiyələnib və daha təhlükəli forma alıb. 
İnqilab Rəhbəri bu günkü bəyanatlarında modern cahilliyin xüsusiyyətlərinə aydınlıq gətirərək, onun barəsində xəbərdarlıq ediblər və deyiblər: acı da olsa bu bir reallıqdır və eyni zamanda böyük bir təhdidi xatırladır ki, hazırda onun mənfi təsirlərini İslam ölkələrində baş qaldıran böhranlarda, qardaş qırğınlarında və terrorçuların region ölkələrini ələ keçirməsində müşahidə etmək olar. Bütün bunlar zorakı qüdrətlər tərəfindən hazırlanmış planın nəticəsidir. Onlar bu modern cahilliyi yalan iddialar ilə birləşdirərək, ortaya atıblar ki, öz maraqlarını təmin etsinlər. Terrorizm ilə mübarizə bu yalan iddialardan biridir. Onlar terrorizm ilə mübarizə aparmırlar. Əksinə, terrorizmin yaranmasına elə onlar özləri səbəb olublar və ən təhlükəli terrorçu qrupların himayədarlarıdırlar. Əslində ABŞ rəsmilərinin də etiraflarına əsasən Amerika tərəfindən himayə edilən İŞİD terror qruplaşması onların region ölkələrinə müdaxilələrinə zəmin yaratmış olub. Amerika modern cahillikdən istifadə edərək, bu qruplaşmalardan öz məqsədləri üçün istifadə edir. Buna görə də ABŞ-ın terrorizm ilə mübarizə iddiasına inanmaq Amerikanın regionda terrorizmi himayə etmək siyasətini bilərəkdən himayə etmək mənasında olmasa, ən yaxşı halda modern cahilliyə bərabər olmuş olacaq. Bu cahillik öldürücü bir zəhər kimidir ki, İslam ölkələrinin canına işləyib. Amerika və terrorizmi yaradan digər ölkələr əgər bu gün terrorizm ilə mübarizə iddiası ilə çıxış edirlərsə, qeyri-qanuni mənafe ardıncadırlar ki, vasitəçi müharibələr törətmək və ərəb ölkələrinə silah satmaqla öz silah şirkətlərinin ciblərini doldurmağa çalışırlar. Bu ssenari 30 ildir ki, müxtəlif formalarda davam edir. Bu ssenarinin əsas xüsusiyyətlərindən biri ABŞ-ın Fars Körfəzinin təhlükəsizliyi ilə bağlı iddialarıdır. Halbuki, Fars Körfəzində vəziyyəti gərginləşdirən elə xaricilərin özləridirlər. İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, Amerika Fars Körfəzinin təhlükəsizliyini təmin etmək ardınca deyil. Amma, Fars Körfəzi təhlükəsizliyə malik olarsa, bütün məntəqə ölkələri üçün təhlükəsiz olmuş olacaq. əks halda, bütün region ölkələri üçün təhlükəsizliyini itirmiş olacaq. Bu tarixi gerçəklikləri və real təhdidləri nəzərə alaraq, Həzrət Ayətullahülüzma Xamenei region ölkələrini düşmənlərin siyasətləri qarşısında ayıq olmağa dəvət edərək, deyiblər: Onlar həqiqi düşmən olan imperialistləri, onların əlaltı rejimlərini və sionist rejimi diqqətlərdən yayındırmaq üçün, İslam ölkələri arasında bir-birilərinə qarşı düşmənçilik yaratmağa çalışırlar ki, bu da elə modern cahillik siyasətidir və bu siyasət qarşısında müqavimət göstərmək və mübarizə aparmaq lazımdır. 

Şərh yaz


Məxfi kod
Yenilə