Şənbə, 02 May 2015 15:42

Minsk Qrupu həmsədrlərinin Qarabağ "seçkiləri" ilə bağlı tənqidi bəyanatı - Təhlil

Minsk Qrupu həmsədrlərinin Qarabağ "seçkiləri" ilə bağlı tənqidi bəyanatı - Təhlil

ATƏT-in Minsk Qrupu bir bəyanat yayaraq, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qanunsuz "parlament seçkiləri"nin keçirilməsini qınayıb. APA-nın məlumatına görə, Minks Qrupunun rəsmi internet səhifəsində yerləşdirilən bu bəyanatda deyilir: "Qondarma Qarabağ Respublikasında keçirilən "seçkilər"in nəticəsi bu məntəqənin hüquqi vəziyyətinin dəyişməsinə səbəb olmayacaq. Əksinə, bu uzunmüddətli münaqişənin daha da şiddətlənməsinə səbəb olacaq.".
Bəyanatın davamında deyilir: "Yalnız Minsk Qrupunun üzvləri deyil, heç bir dünya ölkəsi də Dağlıq Qarabağ məntəqəsini müstəqil bir ölkə olaraq rəsmən tanımayacaq".
Minsk Qrupu həmsədrlərinin bu bəyanatı bu qrupun rusiyalı, amerikalı və fransalı həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə görüşlərinin ardınca verilib. 
Amma, belə nəzərə gəlir ki, Minsk Qrupunun Amerikalı, Rusiyalı və Fransalı həmsədrləri rəsmi Bakının təzyiqləri altında belə bir bəyanat verməyə məcbur olublar. 
Xüsusilə ona görə ki, Azərbaycan rəsmiləri bundan öncə Minsk Qrupu həmsədrlərinə qarşı kəskin tənqidlər səsləndirərək, Bakı və İrəvan arasında müzakirələrin ölkə başçıları səviyyəsində davam etdirilməsini gülünc adlandırmışdılar. 
Əslində, Azərbaycan rəsmiləri bir növ ötən aylar ərzində erməni tərəfi ilə müzakirələri davam etdirməyə maraq göstərmədiklərini bildiriblər. 
Bu arada siyasi şərhçilər Minsk Qrupu həmsədrlərinin bu bəyanatının Azərbaycanın maraqları istiqamətində olduğunu desələr də, bu bəyanatın münaqişənin həllində təsirsiz olduğunu bildirirlər.
Demək lazımdır ki, Minsk Qrupu həmsədrlərinin bu bəyanatı da Azərbaycan üçün heç bir haqq qazandırmış olmayacaq. Xüsusilə ona görə ki, BMT Təhlükəsizlik Şurası Ermənistan əleyhinə 4 qətnamə qəbul edib. Amma, ermənilər hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayırlar. Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində 5-ci qanunsuz "parlament seçkiləri" sabah bazar günü(3 may) keçiriləcək. 
Azərbaycan dövləti bundan öncə də bu seçkiləri qınamışdı. Bu arada İslam Əməkdaşlıq Təşkilatının baş katibi də ötən həftə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qanunsuz "seçkilər"in keçirilməsini qınamışdı. 
Hər halda demək lazımdır ki, bir çox Qərb dövlətləri Azərbaycan rəsmiləri ilə görüşdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü himayə etsələr də, praktiki olaraq, bu münaqişənin həlli istiqamətində addım atmağa hazır deyillər. Elə buna görədir ki, Azərbaycan rəsmiləri artıq Bakının Avropa və Amerikaya etimad etmədiyini bildirirlər. Misal üçün, Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr üzrə şöbə müdiri Novruz Məmmədov Bakıda keçirilən 3-cü "Qlobal Açıq Cəmiyyətlə Forumu"nun kənarında keçirilən Avropa Birliyi və Qonşuluq Siyasəti iclasında etdiyi çıxışında Amerikanın regionla bağlı bəzi siyasətlərini aşkar formada tənqid etdi. 
N.Məmmədov bu qənaətdədir ki, Amerika və müttəfiqləri Azərbaycanı Liviya və Suriyanın taleyinə sürükləməyə çalışırlar. Amma, onların bu səyləri heç bir nəticə verməyəcək. 
N.Məmmədor deyib: Azərbaycan torpaqlarının 20%-i işğal edilib. Amma, Amerika, Avropa Birliyi və Dünya İctimaiyyəti bu xüsusda beynəlxalq hüquq normalarının təmin edilməsi istiqamətində heç bir addım atmırlar. 

Şərh yaz


Məxfi kod
Yenilə