Cümə axşamı, 14 May 2020 10:40

İbadətlərimizin Qədr gecəsində qəbul olunması üçün, gərək onların qəbuluna mane olan amilləri aradan qaldıraq

İbadətlərimizin Qədr gecəsində qəbul olunması üçün, gərək onların qəbuluna mane olan amilləri aradan qaldıraq

Əməl və ibadətlərimizin Qədr gecəsində qəbul olması üçün, biz gərək ibadət və dualarımızın qəbul olmasına mane olan amilləri aradan qaldıraq. Misal üçün, əgər kiminsə bizim boynumuzda haqqı qalıbsa, onu əda edək, ya kiminsə qəlbini incitmişiksə, ondan halallıq alaq. (Tebyan)

 

İmam Sadiq (ə) buyurur: “Əgər şəhvətin qələbə çalmasına görə, havayi-nəfsimizə görə, ağıl qüvvəmizin məğlub olmasına görə günah etmişiksə, istiğfar edək və qərara alaq ki, bir daha həmin günaha qayıtmayacağıq”.

 

Əgər ruhumuz xəstədirsə, rəzil sifətlərlə xəstələnibsə, o cümlədən: həsəd, kin, təkəbbür... özümüzü Qədr gecəsinə qədər müalicə edək və yerində həlimlik, səbir və təvazökarlıq toxumları əkək. Bu gecənin hörmətinə necə də yaxşı olardı ki, qəlbimizdəki pislikləri yaxşılıqlara çevirərdik. Zülmün yerinə yaxşılıq edərdik, ağvalideyn olmağın yerinə, onlara yaxşılıq edərdik, sileyi-rəhmi qət etmək yerinə, onlarla yaxın olardıq. Aqibətdəki evimizi abad etmək üçün bu gecə çox gözəl fürsətdir.

 

Hədislərimiz buyurur ki, bu gecədə edilən yaxşı əməllər ikiqat savaba malik olar. Bu gecədə edilən günahların cəzası da çoxdur, çünki bu gecənin hörmətini saxlamamışdır.

 

Qədr gecəsinin əhyaları - dualar gecəsidir. Hər birimiz dua etməzdən əvvəl onun şərtlərini yerinə yetirək. Yəni, ilk olaraq Allaha həmd və təsbih edək. Sonra Peyğəmbərə (s) salavat göndərək. Ondan sonra hacətimizi istəyək.

 

Muhəmməd ibni Müslim İmam Sadiqdən (ə) nəql edir ki, buyurur: “Əlinin (ə) kitabında deyilir: “Allaha sitayiş, Ondan diləməkdən və hacət istəməkdən əvvəl olmalıdır. Belə ki, o zaman ki, Allahı çağırırsan, Onu mədh et”. Soruşdum ki, necə mədh edim? Buyurdu: “De: “Ey o Kəs ki, şah damarımdan da mənə yaxınsan! Ey o Kəs ki, nə istəsən, yerinə yetirərsən! Ey o Kəs ki, insanla qəlbi arasında hayil olarsan! Ey o Kəs ki, tayı-bərabəri yoxdur!””.

 

İmam Sadiq (ə) buyurur: “Nə zaman sizlərdən biriniz dua etmək istəsə, duasına Peyğəmbərə (s) salavat göndərməklə başlasın. Belə ki, Peyğəmbərə (s) salavat göndərmək - Allah dərgahı tərəfindən qəbul olunar. Bu, belə deyildir ki, Allah duanın bir hissəsini qəbul etsin və bir hissəsini isə rədd etsin”.

 

İmam Sadiq (ə) buyurur: “Hər kim 40 din qardaşını özündən üstün bilər və onların barəsində dua edər və sonra özü haqqında dua edər - duası yerinə yetər”.

 

Duanın qaydalarından biri də budur ki, ah-nalə, yalvarma halında olsun. “Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən O, həddi aşanları sevmir”. (“Əraf” 55).

 

Qədr gecəsində ilk edəcəyiniz iş – günahlarını etiraf edib, Allaha tövbə etməkdir. Dua edən zaman əllərinizi qaldırın. Ata-ananıza, övladlarınıza, yaxınlarınıza dua edin. Bu cür dualar qəbul olar.

 

Bu gecə - elə mübarək gecədir ki, gərək xəlqdən ümidini üzəsən və diqqətin ancaq Allahda olsun. Belə ki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Əgər sizlərdən hər biriniz hacətinizin Allah tərəfindən qəbul olmasını istəyirsə, gərək başqalarından ümidini kəssin. O zaman ki, Allah bu halı onun qəlbində görər, o şeyi ki, (dua edən) istəyər, yerinə yetirər. Ona görə də siz başqalarının sizin hesabınızı çəkməzdən əvvəl, özünüz öz hesabınızı çəkin. Çünki Qiyamətdə 50 dayanacaq vardır ki, hər biri min ildir”.

Bu kateqoriyada daha ətraflı: « Ramazan ayının 7 xüsusi fəziləti

Şərh yaz


Məxfi kod
Yenilə