Çərşənbə, 08 May 2019 13:41

Ramazan ayının həqiqət və batini

Ramazan ayının həqiqət və batini

Ramazan ayının xarici fəzilətləri ilə yanaşı, batini fəzilətləri də vardır. Əgər bəndə bu batini həqiqətləri dərk etməyi bacarsa, İlahi ziyafətə daxil ola biləcəkdir. Bu, elə aydır ki, bu ayda səma Kitabı nazil olmuşdur və bu ay Allah bəndələrinin ayıdır.

 

Ona görə də bəndə bu ayda Allahdan nə istəsə, həyata keçər. Çünki bu ay, Quranın nazil olduğu aydır və bəndələrin taleyi həmin gecədə təyin olunar və ruziləri bölünər.

 

Ona görə də deyə bilərik ki, İlahi ziyafətin ilk ruzisi –  Qurandır. Hər kim bu ayda Qurandan bir ayə oxuyarsa, başqa aylarda Quran xətm etməyin savabına bərabər olar.

 

Bu ayın qəlbi Qədr gecəsidir. Əgər bəndə bu ziyafət süfrəsində olan Quran nemətindən istifadə edə bilsə, Qədr gecəsində Quranın sirlərini dərk edə biləcəkdir.

Quranın Qədr gecəsində nazil olmasını adətən iki cür mənalandırırlar.

Mənalarından biri budur ki, Allah buyurur: “Mən Quranı Qədr gecəsində nazil etmişəm”. Başqa mənası isə budur ki, Quran nuru bütün Ramazan ayı boyunca bəndələrin üzərinə işıq saçar. Çünki bütün Ramazan ayı boyunca Quran süfrəsi açıq olar. O kəs ki, bu süfrə başında əyləşər, Qədr gecəsini dərk edər və Quranın sirlərini öyrənər. (Həvzəh)

 

Beləliklə deyə bilərik ki, Ramazan ayının zahiri – oruc tutmaq və nəfsini halallardan saxlamaqdırsa, batini – bu ayda İlahi ziyafət süfrəsinə əyləşib, Quran ruzisindən bəhrələnmək və Qədr gecəsində Quranın sirlərinə agah olmaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə