Cümə axşamı, 08 June 2017 12:50

“Hər bir şeyin zəkatı vardır və bədənin də zəkatı – oruc tutmaqdır” - İmam Əlinin (ə) nəzərində orucun əhəmiyyəti

“Hər bir şeyin zəkatı vardır və bədənin də zəkatı – oruc tutmaqdır” - İmam Əlinin (ə) nəzərində orucun əhəmiyyəti

İmam Əlidən (ə) orucun əhəmiyyəti barədə olan bəzi hədislərə diqqət edək

 

“Ramazan ayının orucu - əzabın qarşısını alan qalxandır”.

“Allah orucu insanları imtahan etmək üçün vacib etmişdir”.

“O oruc tutanın ürəyi ki, günahlarının düşüncəsində olar, mədə oruc tutmaqdan üstün olar”.

“Dünya ləzzətlərindən çəkinmək - ən faydalı oruc tutmaqdır”.

“Bədənin oruc tutması iradə və ixtiyar ilə yemək yeməkdən çəkinməkdir, o halda ki, İlahi cəzadan qorxar, əcr və savaba rəğbət göstərər”.

“Nəfsin oruc tutması - beş hiss orqanını bütün günahlardan çəkindirmək və qəlbi hər bir şər və çirkinlikdən pak etməkdir”.

“Oruc elə bir ibadətdir ki, bəndə ilə Xaliqi arasındadır ki, Allahdan qeyrisinin ondan xəbəri olmaz. Allahdan qeyrisi də onun əcrini verməz”.

“Ürəyin oruc tutması dilin oruc tutmasından daha yaxşıdır. Dilin oruc tutması qarının oruc tutmasından daha yaxşıdır”.

“Oruc ancaq yemək və yatmaq imsakı deyildir, bəlkə oruc Allahın məkruh etdiklərinin imsakıdır”.

“Hər bir şeyin zəkatı vardır və bədənin də zəkatı – oruc tutmaqdır”.

“Allah orucu bəndələrinin ixlas imtahanı qərar vermişdir”.

“Bu gün o kəs üçün bayramdır ki, orucu qəbul olunsun. O gün ki, Allahın günahı onda olmaz, həmin gün bayramdır”.

“Əyyami-bəyzdə oruc tutmaq insanın dərəcəsini qaldırar və mükafatını böyük edər”.

“Sizin dünyanızın üç şeyi mənim üçün sevimlidir: qonağı əziz tutmaq, yayda oruc tutmaq, Allah yolunda qılınc vurmaq”.

“Oruc iki sağlamlığın biridir”. (Erfan)

 

Şərh yaz


Məxfi kod
Yenilə