Cümə axşamı, 01 June 2017 12:33

Mübarək Ramazan ayının bərəkətindən bəhrələnən, bəndəlik yolunun yolçusu olar

Mübarək Ramazan ayının bərəkətindən bəhrələnən, bəndəlik yolunun yolçusu olar

Həzrət Peyğəmbər (s) buyurur: “Bədbəxt o kəsdir ki, bu böyük ayda İlahi bağışlanmaqdan məhrum olar”.

Həzrət başqa yerdə buyurur: “Həqiqi bədbəxt o kəsdir ki, bu ay ondan gəlib keçər, ancaq günahları bağışlanmaz. O zaman ki, saleh əməl sahibləri Kərim Allahın mükafatlarını əldə edər, o, ziyana uğrayanlardan olar”. (Tebyan)

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Ramazan ayından çıxar, ancaq bağışlanmaz, Allah onu bağışlamaz”.

Həzrət Rəsuli-Əkrəm (s) Ramazan ayına daxil olan zaman buyurur: “Həqiqətən bu ay sizə gəlib çatmışdır. Onda elə bir gecə vardır ki, hər kim ondan məhrum qalarsa, bütün xeyirlərdən məhrum qalmış olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) mənim yanıma gəldi və dedi: Hər kim Ramazan ayını dərk edər və bağışlanmazsa, atəşə daxil olar. İlahi rəhmətdən uzaq olsun və sonra buyurdu ki, de: Amin! Mən də dedim: Amin!””.

İmam Sadiq (ə) buyurur: “Hər kim Ramazan ayında bağışlanmaz gələn, ilə qədər bağışlanmaz. Məgər o halda ki, Ərəfə gününü dərk edər”.

Bu nirani hədislərdən belə nəticə çıxartmaq olar ki, hər kim bu ayda İlahi rəhmətə və bağışlanmağa nail olmazsa, həqiqi bədbəxtlərdirlər. Ona görə də mərhum Ayətullah Mirzə Cavad Mələki Təbrizi deyir: “Ramazan ayının müjdəsində ən mühüm nöqtə - Peyğəmbərin (s) nifrin etməsidir. Peyğəmbər (s) bu ayda bağışlanmayanları nifrin edər”.

Həzrət Peyğəmbər (s) bəşər üçün rəhmət olduğu üçün onun belə buyurması bu ayın xüsusi əhəmiyyətindən bəhs edir. Əks halda bəşər üçün rəhmət olan Peyğəmbərimiz (s) heç bir müsəlmanı nifrin etməzdi, hətta əgər günahkar olsa belə.

İnsanın dindarlığı o zaman məlum olur ki, dünya ilə axirətin yollarının kəsişdiyi yerdə qalar. Havayi-nəfsinə və ya İlahi rəhmətə üz tutmağı onun imanının səviyyəsini müəyən edər. Ramazan ayı da o cür zamanlardan biridir. İnsan bu mübarək ayda gərək gözünü napaklara bağlasın, qəlbini Allah üçün azad etsin, Məhbuba yaxınlaşmaq üçün müstəhəb əməllərə üz tusun, dilinə kontrol etsin. Xülasə bəndəlik yolunun yolçusu olsun.

Şərh yaz


Məxfi kod
Yenilə