Çərşənbə axşamı, 30 May 2017 14:51

Ramazan ayında uşaqların Quranla münasibəti üçün 3 yol

Ramazan ayında uşaqların Quranla münasibəti üçün 3 yol

Ramazan Quran ayıdır. Analar bu ayın bir çox savab baxımından Quran qiraətinə əhəmiyyət verirlər və uşaqlarına vəhy kəlamı ilə yaxınlaşması üçün çox səy göstərirlər.

 

Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, uşaq psixoloqu və ailə məsləhətçisi Mina Yusra Ramazan ayında uşaqların Quranla tanış olmaları üçün bəzi həll yolları təklif edir.

 

1. Uşaq üçün rahat bir tilavət seçin ki, o, rahat şəkildə cəlbedici olsun. Belə ki, hərflərin məxrəcləri uşaq üçün tamamilə aydın olsun və uşaq onu düzgün şəkildə əzbərləyə bilsin.

 

2. Uşaq sizin Quran oxuduğunuz vaxt ayələrin sizin üzərinizdə qoyduğu təsirini görəndə, ayələrin mənasını uşağa açıqlayın. Uşağa insanın ağlamasının təbii bir hal olduğunu və pis bir əlamət sayılmadığını söyləyin.

 

3. Uşaq Quran ayələrini qiraət edəndə cib telefonu və ya hər hansı bir oyuncağa onun səsini yazın. Daha sonra icazə verin öz səsini dinləsin. Çünki uşaq öz səsini sevir və bu da onun Quran əzbərləməsinə kömək olacaq.

Şərh yaz


Məxfi kod
Yenilə