Çərşənbə axşamı, 30 May 2017 11:15

İmkan verin bədəniniz aclığı hiss etsin

İmkan verin bədəniniz aclığı hiss etsin

 

Oruc tutan zaman aclıq hissi meydana gələn zaman bədən maddələr mübadiləsini təmin etmək üçün yağların və ehtiyatların sorağına gedər. Bu yağların bədəndə toplanması sağlamlıq üçün ziyanlıdır. Ona görə də bu yağlar nə qədər çox əriyərsə, sağlamlığınız üçün daha çox faydalı olar.

Həzm sisteminin xəstəlikləri sahəsində mütəxəssis bir həkim tövsiyə verir: “İnsanlar orucun faydalarından bəhrələnmək üçün gərək bədənlərinə aclığı təcrübə etdirsinlər. Oruc tutmaq – bir növ həzm sisteminin istirahət etməsidir. 11 ay davamlı işlədikdən sonra bir ay istirahətə çıxar.

Ramazan ayında oruc tutmaq o zaman bədən üçün faydalı olar ki, insan aclığı hiss edər və bunu bədəninə hiss etdirər. Bədən belə olan halda yağları daha çox əritməyə başlayar.

Çox təəssüf ki, insanların çoxu aclıq hissinə qalib gəlmək üçün obaşdan yeməyində çox yemək yeyərlər. Belə olan halda həzm sistemi istirahət etməz. Qaraciyər o həssas orqanlardandır ki, yeməyi çox yemək ona pis təsirlər qoyar və qaraciyərə ziyan vurar.

Ona görə də tövsiyə edirəm ki, Ramazan ayında çox kalorili yeməklərdən və həddən artıq çox yeməkdən çəkinəsiniz. Çalışın o qədər yeyəsiniz ki, bədəniniz enrjisini bərpa edə bilsin. Oruc tutan zaman isə bədəniniz aclığı hiss etsin”. (Tebyan)

 

Şərh yaz


Məxfi kod
Yenilə