Bazar ertəsi, 29 May 2017 11:45

Hər kim halal xurma ilə iftar edərsə, namazının savabı 400 qat olar

Hər kim halal xurma ilə iftar edərsə, namazının savabı 400 qat olar

Hədislərimizin tövsiyə etdiyi bu gözəl nemət həm iştahın açılmasına səbəb olar, həm də insanı çox yeməkdən çəkindirər.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim halal xurma ilə iftar edərsə, namazının savabı 400 qat olar”.

İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) nə zaman oruc olsaydı, xurma ilə iftar edərdi”. (Tebyan)

Xurma tərkibində olan zəngin maddələrə və vitaminlərə görə insana toxluq hissi verər və insanı çox yeməkdən saxlayar. Bundan əlavə, qanda olan şəkəri tənzim edər. Ona görə də hədislərimiz tövsiyə edir ki, oruc olan zaman ilk yemək saatında ən azı 3-4 dənə xurma yesinlər. Amma xurmanı həddən artıq çox yemək də ziyanlıdır.

Həkimlər məsləhət bilirlər ki, iftar zamanlarında şirniyyat yerinə xurma və kişmişdən istifadə edilsin. Çünki şirniyyat əlavə çəki almağa səbəb olur və qanda olan şəkərin miqdarını artırır ki, bu da sağlamlıq üçün ziyanlıdır.

Tədqiqatlar göstərir ki, xurma – oruc tutan insanlar üçün ən faydalı qida növüdür. İnsan oruc tutan zaman iftara yaxın qan təzyiqi və qanda olan şəkərin miqdarı aşağı düşər. Yorğunluq və süstlük hiss edər. Əgər iftarını xurma ilə açarsa, xurma tez həzm olunar və itirdiyi enerjini tez bir zamanda ona geri qaytarar.

Xurmanın başqa faydaları ilə tanış olaq:

- Xurma bədənin immun sistemini gücləndirər və bədənin müqavimətini artırar.

- Xurma meyvənin bir növüdür ki, tərkibində E, C, A, B vitaminləri, fosfor, kalsium, dəmir və maqnezium vardır.

- Xurma qan təzyiqini normada saxlayar və qan azlığının qarşısını alar.

- Qan laxtalanmasının qarşısını alar, bağırsaq problemlərini aradan qaldırar və əsəbləri sakitləşdirər.

- Əgər xurmanı südlə qarışdırıb içsəniz, yuxunuzun düzəlməsinə yardım edər.

- Üç ədəd xurma bir meyvə hesab olunur.

- Təzə xurmanın faydası qurudulmuşdan daha çoxdur.

- Diabet xəstələri də onu yeyə bilərlər, ancaq həddində.

Şərh yaz


Məxfi kod
Yenilə