Şənbə, 25 June 2016 07:05

Qədr gecəsi - oyaq qalmaq gecəsi deyil, ayılmaq gecəsidir

Qədr gecəsi - oyaq qalmaq gecəsi deyil, ayılmaq gecəsidir

Möminlər bütün dövrlərdə Qədr gecələrində məscidə tələsərdilər. Həmin gecələrdə Qədr gecələrinin fəzilətindən danışardılar. Əgər hansısa günah işlətsələr, bu mübarək gecənin intizarını çəkərdilər. Çünki bilirdilər ki, bu, elə gecədir ki, heç bir insan əliboş geri qayıtmaz. Heç bir ürək İlahi rəhmətdən ümidsiz olmaz. (Tebyan)

Bu həyəcan və şövqü yeni nəslə ötürə bilmişikmi? Bu nəsil yeni texnika ilə dəyişsə də, ürəkləri həmin ürəkdir. Həmin ixlaslı və intizarda olanlar ürəklər.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Həzrət Musa (ə) Allaha buyurur: “Allahım, qürbət məqamını istəyirəm”. Cavab gəlir: “Mənim - qürbüm Qədr gecəsində oyaq qalmaqladır”. Deyir: “Allahım, rəhmətini istəyirəm”. Cavab gəlir: “Mənim rəhmətim - Qədr gecəsi sakinlərinə mərhəmətdədir”. Deyir: “Allahım, Siratdan keçmək icazəsı istəyirəm”. Cavab gəlir: “Siratdan keçmək rəmzi - Qədr gecəsində sədəqə verməklədir”. Deyir: “Allahım, behişt və nemətlərini istəyirəm”. Cavab gəlir: “O, Qədr gecəsində təsbih deməyin girovundadır”. Deyir: “Allahım, cəhənnəm atəşindən nicat istəyirəm”. Cavab gəlir:“Cəhənnəmdən nicat rəmzi - Qədr gecəsində istiğfar etməklədir”. Deyir: “Allahım, Şənin rizanı istəyirəm”. Cavab gəlir: “O kəsə Mənim rizam şamildir ki, Qədr gecəsində namaz qılar”.

Bəli, bu mübarək gecə elə bir gecədir ki, səhəri günəş şüasız doğar. Gündüzün havası mötədildir, baxmayaraq ki, yay fəslində olsa belə.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Qədr gecəsini əhya saxlayar və mömin olar, cəza gününə etiqadı olar, bütün günahları bağışlanar”.

Quranın buyurduğu kimi, Qədr - o gecədir ki, Quran Peyğəmbərin (s) mübarək ürəyinə nazil olmuşdur. Bu, elə bir gecəsidr ki, o biri aləmlə bu aləm bir-birinə yaxınlaşar və birləşər.

Qədr gecəsini ona görə Qədr adlandırırlar ki, Allah həmin gecədə birillik hadisələri təqdir edər. Belə ki, həyatı, ölümü, ruzini, səadəti, bədbəxtliyi o gecədən gələn Qədr gecəsinə qədər müəyyən edər. O gecədə mələklər Allah bəndələrini əhatəyə alar. Bu gecədə hər bir insanın birillik xeyri, şəri, ruzisi, həyatı və ölümü müəyyən olar.

Bu gecədə müsəlmanlar birləşər və müttəhid olar. Yoxsul ilə zəngin bir-birindən ayrılmaz. Hamı Quranı başına qoyar və əllərini Məbuduna tərəf açarlar. Hamı bərabər və qardaşdırlar. Hamı bir yerdə deyər: “İlahi, əl-əfv!”.

Bəli, Qədr gecəsi - ayılmaq gecəsidir. Hamı Allah dərgahında ayıq və sayıq olmaq istəyir. Şeytanı özündən uzaqlaşdırmaq istəyir. Sanki Yer kürəsi də bu gecədə oyaq olur və heç yatmır. Hər kəs dua edər, ibadətlə məşğul olar, Quran oxuyur, namaz qılır. Bu gecələrdəki fürsəti əldən verməyək və ayılmağa çalışaq.

Bu gecələrdəki dualarınızda bizi də unutmayın!

Şərh yaz


Məxfi kod
Yenilə