Bazar ertəsi, 19 Mart 2018 12:20

İranın milli muzeyi

İranın milli muzeyi

İranın milli muzeyi sasanilər dövrünün sonunadak islamdan qabaqkı ekspanatları eləcə də islamdan sonrakı əsərləri özündə əhatə edir. Bu muzey 1316-ci günəş ilində təsis edilib. Muzeyin binası taqi-kəsra nümunə götürülərək sasanilər dövrününü memarlığı səbkisində inşa edilib. İslamdan sonrakı dövr hissəsi 1375-ci günəş ilində muzeyə əlavə edilib.

Muzeydə Çağazənbildə əldə olunmuş İlam sivilizasiyasına aid olan, inək büstü və kətibə, kərpiç kətibələr və şüşə borular saxlanılır. Bu borular İran coğrafiyasında tapılan ən qədim şüşə nümunələrdir. Burada Əhəməni və sasanilər dövrünə aid qabarıq naxışlarda mövcuddur. 

Qədim İran muzeyində saxlanılan ən qədim əşya 8 min il öncəyə aiddir. Bura İran muzeyinin ən qədim hissəsidir və İranda muzey üçün inşa edilmiş ilk bina hesab olunur. İslami dövrün muzeyinin binasında isə sasani çəlipa nümunə götürülüb. Binanın layihjəsi 1323-cü ildə hazırlanıb. İranın milli muzeyi 13 bölmədən təşkil olur. İslamdan qabaq, islam tarixi, möhür və sikkə, təmir, kətibələr, kitabxana, araşdırma sənədləri mərkəzi, sənət tarixi, xalqların sivilizasiya tarixi, fotoqrafiya, beynəlxalq əlaqələr bölmələri bu qəbildəndir. 

Hər il xüsusiylə növruz günlərində çoxlu sayda daxili və xarici turist bu muzeyə baxış keçirir. 

Muzeyin rəhbəri Cəbrayıl Nokəndə:

İranın milli muzeyi, Tarixdən öncə, tarixi dövr və islamdan sonrakı dövr ilə əlaqədar əşyaların saxlanıldığı yerdir. İran yaylasında insanın yaşadığını göstərən ən qədim ekspanatın 8 min illik yaşı var. Muzeydə saxlanılan əşyalar özlərinə məxsus özəlliklərdən əlavə İran cöğrafiyasında mədəniyyət , sənət və sivilizasiyanın təkamül prossesini də özündə əks etdirməkdədir. 

1396-cı hicri qəməri ili isfənd ayında İran və Fransa arasında mədəni əlaqələrin genişləndirilməsi məqsədi ilə Parisin Luvr muzeyindən 50 ekspanat İranın milli muzeyinə köçürülüb və bu əşyalar 97-ci ilə xordad ayının sonunadək bu muzeydə nümayiş etdiriləcək. Bu münasibətlə Fransadan muzey üzrə araşdırmacı və ekspertlərdən ibarət bir qrup da İrana səfər etdi və bu da İranın milli muzeyinin dünya səviyyəsində tanıtdırılması baxımından müsbət hadisə oldu. 

Persian-Epochtimes-Img.

Persian-Epochtimes-Img

Persian-Epochtimes-Img

Persian-Epochtimes-Img

Persian-Epochtimes-Img

Persian-Epochtimes-Img

Persian-Epochtimes-Img

 

Persian-Epochtimes-Img

Persian-Epochtimes-Img

Persian-Epochtimes-Img

Persian-Epochtimes-Img

Persian-Epochtimes-Img

 

Bu kateqoriyada daha ətraflı: « Şahçirağ

Şərh yaz


Məxfi kod
Yenilə