Bazar ertəsi, 23 Yanvar 2017 10:25

Sədi Şirazinin türbəsi

Sədi Şirazinin türbəsi

Sədi (əsl adı Müslihiddin Müşrif ibn Abdulla) – orta əsrlər fars ədəbiyyatının, qəzəl janrının ən görkəmli nümayəndələrindən biri. Sədinin əsərləri dünya ədəbiyyatında həm keyfiyyəti, həm də daşıdığı dərin ictimai-sosial əhəmiyyətinə görə yüksək qiymətləndirilir.

ədinin ən məşhur əsərləri "Bustan" (1257) və "Gülüstan"dır (1258). "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. "Gülüstan" epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib.  

Şərh yaz


Məxfi kod
Yenilə