Şənbə, 14 May 2016 09:32

Ərdəbili bir də belə görün – Foto

Ərdəbili bir də belə görün – Foto

İranın Ərdəbil şəhəri təbiəti ilə qonaqları valeh edir

İslamazeri.az “Təsnim” agentliyinə istinadən Ərdəbilin gözəl təbiəti və ürəkaçan mənzərələrini təqdim edir.

Qeyd edək ki, Ərdəbil vilayətinin Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Baş İdarəsinin turizm məsələləri üzrə sədr müavini bu vilayətə gələn Azərbaycan Respublikası turistlərinin 17% artdığını bildirib.

Ərdəbilin 5000 ilə yaxın tarixi vardır. 2011-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Ərdəbil şəhərinin 564,365,nəfər əhalisi var. Əhalinin əksəriyyəti azərbaycanlılardır. Azərbaycana yaxın olan bölgədir. Biləsuvar sərhəd postundan bura daha yaxındır. Ərdəbil vilayəti zülallı suyu və təravətli havası, mənzərəli təbiəti və tarixi abidələri, çoxlu şəlalələri və təbii istisuları ilə İranın ən çox turist qəbul etdiyi vilayətlərdən biridir.  Məşhur Şeyx Səfiəddin və Şah İsmayıl məqbərələri bu şəhərdə yerləşir. Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar. Şəhərin cənub-qərb hissəsində yerləşən Şorəbil gölü və gölün ətrafındakı əyləncə məkanı Ərdəbilin yüksək turizm potensialının göstəricisidir. Bundan əlavə şəhər kənarında yerləşən Səreyn yaşayış məntəqəsi müalicə əhəmiyyətinə malik isti suyu ilə şöhrət qazanmışdır. İstisu özünə həm ölkə daxilindən, həm də ölkə xaricindən hər il minlərlə turist cəlb edir. Savalan dağı isə yay fəslində yerli və xarici alpinistlərin maraq obyektinə çevrilir. Ərdəbil şəhərinin səfalı yerlərindən biri də “Fındıqlıq” adlanan ormanlarıdır ki, Azərbaycanla sərhəddə, Talış dağlarının ətəklərində yerləşir. 

 

 

 

Şərh yaz


Məxfi kod
Yenilə