Cümə, 09 Fevral 2018 12:07

İslam İnqilabının Fəcr Ongünlüyü təqvimi- 20 bəhmən 1357-ci il

İslam İnqilabının Fəcr Ongünlüyü təqvimi- 20 bəhmən 1357-ci il

Şahənşahlıq qvardiyasının, dünən Ələvi mədrəsəsinə gələrək, İnqilab Rəhbəri ilə sədaqət peymanı bağlamış hava qüvvələrinin mühafizə bölməsinin qərargahına qarşı hücumu, 1357-ci günəş ili bəhmən ayının 20-si və 1979-cu milad ili fevralın doqquzundakı ən mühüm hadisələrindən və İran xalqının hərəkatının təyinedici günlərindən idi. Bu günün xronikasını, İslam İnqilabı qələbəsinin 39-cu ildönümü günündə həmin günün mühüm hadisələri ilə təqdim edirik.

Şahənşahlıq qvardiyasının, dünən Ələvi mədrəsəsinə gələrək, İnqilab Rəhbəri ilə sədaqət peymanı bağlamış hava qüvvələrinin mühafizə bölməsinin qərargahına qarşı hücumu, 1357-ci günəş ili bəhmən ayının 20-si və 1979-cu milad ili fevralın doqquzundakı ən mühüm hadisələrindən və İran xalqının hərəkatının təyinedici günlərindən idi. Bu günün xronikasını, İslam İnqilabı qələbəsinin 39-cu ildönümü günündə həmin günün mühüm hadisələri ilə təqdim edirik.

20 bəhmən 57

* Xalq və inqilab orqanları bu gün də İmam Xomeyni ilə onun müvəqqəti iqamətgahında görüşdülər.

* İnqilab Rəhbəri Tərillər üzrə Koordinasiya Şurasının nümayəndələri qarşısında dedi: İxtilaflardan uzaq gəzmək lazımdır və ölkənin quruculuğu üçün bizi uzun bir yol gözləyir.

* Şahın və Bəxtiyar dövlətinin tərəfdarlarından bir qrupu Tehranın Əmcədiyyə idman stadionuna toplaşıbdır.

* Cümə günü, bəhmən ayının iyirmisi, ölkə televiziyası bildirdi ki, İmam Xomeyninin vətənə geri dönməsi filmini axşam saat doqquzda yayacaq. Rejim amilləri bu verilişin yayımının əvvəlində şah tərəfdarlarının həmin gün Əmcədiyyədə keçirilmiş aksiyasını yaydılar.

* "Duşan Təppe" qarnizonunda hava qüvvələrinin mühafizə bölməsi bu verilişin yayılmasına mənfi reaksiya göstərdi.

* Hava qüvvələrinin mühafizə bölməsinin bildirdiyinə görə, radio İmam Xomeyninin vətənə daxil olması filminin xəbərlər buraxılışından sonra televiziyadan yayımlanacağını bildirərkən onlar qarnizonun zalına toplaşmışdılar. Həzrət İmamın təsvirinin televiziya ekranında zahir olması ilə salavat dalğası zalı bürüdü və bu zaman qvardiya üzvləri onlara tərəf atəş açdılar və qarşıdurma başlandı.

* Hava qüvvələrinin qarnizonundan ardıcıl atəş səslərinin eşidilməsindən sonra Tehranın şərq əhalisi küçələrə axışdı.

* Xalq hava qüvvələrinin yataqxanasının kənarında şüar verməkdə davam edir və özünü köhnə şinlərin alovu ilə qızışdırırdı.

* Gecə saat üç-otuz dəqiqədə hərbi hökumət məmurları hərbi avtomobillərlə və avtomat silahlardan havaya atəş açaraq, xalqa hücum etdilər. Şah qvardiyasının hücumu nəticəsində əhali arasından bir qrup insan şəhid oldu, bir qrup insan da həbs edildi. Bu qarşıdurma sonrakı gün səhərədək davam etdi.

* Şahənşahlıq baş naziri Şapur Bəxtiyarın İnqilabın baş naziri Mehdi Bazərqan ilə razılaşmasına əsasən, bu gün axşam Bəxtiyarın istefası ilə, icra hakimiyyətinin başında təkcə bir dövlət qalmalı idi, amma Bəxtiyar bu məsələni bəhmənin 22-nə saxladı.

* Bütün İranda xalqın Mehdi Bazərqanın müvəqqəti dövlətinə dəstək üzrə geniş aksiyası keçirilirdi.

* Bazərqan bu gün səhər Tehran universitetinə gələrək, müvəqqəti dövlətin vəzifə və siyasətlərini şərh etdi.

O, dedi: İnqilab Rəhbərinin mənə verdiyi tapşırıq İran dövlətinin 71 illik ömründə baş nazirə verilmiş ən təhlükəli və ən ağır bir tapşırıqdır.

İnqilabın müvəqqəti baş naziri müvəqqəti dövlətin vəzifələrinin əsas xətləri barədə belə dedi: Qüdrətin əldə olunması və ötürülməsi; haqlılığın təqdimi və sübut olunması, yəni referendumun keçirilməsi; ölkənin bərpası, idarəsi və islahı, məclisi-müəssisan seçkiləri və yeni əsas qanunun hazırlanması və qəbul olunmaq üçün xalqın ümumi səsinə təqdim edilməsi, milli şura məclisi seçkiləri, istefa və işin, sonrakı rəsmi dövlətə və prezidentə təhvil verilməsi.

* İmam İran xalqına müraciətdə şahənşahlıq qvardiyası qoşununun hava qüvvələrinə qarşı hücumunu pislədi.

* İnqilab Rəhbəri orduya belə xəbərdarlıq etdi ki, şahənşahlıq qvardiyası qoşunu tez bir zamanda öz qərargahına geri dönsün, yoxsa son qərarı verəcəkdir.

 * İmam hərbi hökumətin elanlarını hiylə və şəriətə zidd adlandırdı və xalqdan hərbi hökumətin fitnəsini zərərsizləşdirmək üçün küçələrə çıxmasını istədi.

Şərh yaz


Məxfi kod
Yenilə