Cümə axşamı, 08 Fevral 2018 12:54

19 Bəhmən; İnqilab Qatarının qələbəyə doğru sürətini artırdığı gün

19 Bəhmən; İnqilab Qatarının qələbəyə doğru sürətini artırdığı gün

19 Bəhmən 1357-ci hicri şəmsi ili, 8 fevral 1979-cu il İran İslam İnqilabı Fəcr Ongünlüyünün 8-ci günü, İran və İran ordusunun Hava Qüvvələri tarixində unudulmaz bir gün olaraq, İnqilab Qatarının qələbəyə doğru hərəkətini daha da sürətləndirmiş oldu. İslam İnqilabı Fəcr Ongünlüyü xronikasının bu günə olan hadisələrinə qısa nəzər salırıq.

19 Bəhməndə mübariz ruhanilərin və digər dini və siyasi qrupların dəvəti əsasında ölkə səviyyəsində geniş mitinqlər və yürüşlər təşkil edildi. Tehranda insanlar küçələrə axışaraq Azadlıq meydanına doğru yürüş etdilər və Bazərqan hökumətini himayə məqsədli şüarlar səsləndirdilər. 

* Səhər saat 10-da ordunun hava və quru qüvvələrinin yüzlərlə kadrı hərbi yuniformada Ələvi mədrəsəsinə gedərək, İmam Xomeyniyə beyət etdi. Orda olan fotoqraflar İmamın kənarında yer alan hərbçilərin fotoşəkillərini çəkərək, dərhal qəzetlərdə çap etdilər. Bu hadisə xalq, hərbçilər, Pəhləvi rejiminə bağlı şəxslər və digərləri arasında böyük təsirə və reaksiyalara səbəb oldu. 

 

* İmam(rə) bu görüşdə dedi: İndi Qurana qoşuldunuz. Quran sizin qoruyucunuzdur. Ümidvaram sizin köməyiniz ilə burda adil islam hökumətini qura bilək.

 

* Axşam qəzetlərindən biri bu hadisənin xəbərini hərbçiləri arxadan, İmamı(rə) isə öndən görüntüləyən bir fotoşəkil ilə dərc etdi. Bu qəzetin dərc olunması ilə insanlar harada hərbçi görürdülərsə, onları qucaqlayırdılar. Boyunlarına gül çələngi asırdılar. Onları çiyinləri üzərinə qaldırırdılar. İnsanlar, xalqın onlara qarşı bu qədər şövqlə yanaşmasını müşahidə edən və artıq insan kütləsinə qarşı hansısa addım atmaq istəməyən hərbçilərin gözləri önündə rəhbərlərinin fotoşəkillərini maşınların və tankların üzərinə yapışdırırdılar. 

 

* Röyters isə bildirib: İranda milonlarla insan Ayətullah Xomeyniyə dəstək vermək məqsədi ilə küçələrə çıxıb və bu insanlar arasında hərbi geyimdə və yuniformada olan hava qüvvələrinin kadrları da var. Onlar nümayişçilərə qoşulmazdan öncə Ayətulla Xomeyninin olduğu məkana gedərək, ona öz hörmətlərini bildiriblər. 

 

* Xəbər agentlikləri bu hadisə ilə bağlı fotoşəkillər və xəfərləri həmçinin Bəxtiyarın bu haqda dediklərini bütün dünyaya yaydılar. Bəxtiyar bu fotoşəkilin montaj olduğunu deyərək, bu işi görənlərin ən ağır formada cəzalandırılacaqlarını bildirmişdi. 

 

* Quru qoşunları komandanı Bədrei Bəxtiyardan həmin gün səhər Ələvi mədrəsəsində olaraq, İmam ilə görüşən bütün zabitlərin həbs edilməsi barədə göstəriş verməsini istədi. Amma, bunu edə bilmədilər. 

Bəxtiyar "Müvəqqəti hökumətin hər hansı bir üzvü nazirliklərə daxil olmağa cəhd göstərərsə, saxlanılacaq" desə də, 11 nazirliyin işçiləri sadəcə Bazərqana itaət etdiklərini bildirdilər. 

Savak-ın başçısı general Müqəddəm də xalqın Savak-ın ofislərinə hücum etməsi ilə bağlı xəbərlərin yayılmasının ardınca, ölkə səviyyəsində bütün Savak başçılarına lazım gəldiyi təqdirdə bütün məxfi sənədləri məhv etmələri barədə göstəriş verdi. 

Xalqın odlu silah əldə etməsi ehtimalını nəzərə alaraq, Bəxtiyar İran Ordusu Böyük Qərargah rəisi general Qərebaği ilə görüşdə, ondan "J3" kimi yüngül avtomatların, yüngül pulemyotların və partlayıcı maddələrin saxlanıldığı silah anbarlarının bombardman edilməsi barədə əmr verməsi istəyi ilə çıxış etdi. 

İmam Xomeyni 19 Bəhmən günü axşam bir qrup xalq kütləsi ilə görüşdə müvəqqəti hökuməti dəstəklədikləri üçün onlara təşəkkür etdi və dedi: Bütün xəbər agentlikləri bilməlidirlər ki, İranda, mərkəzdən tutmuş digər şəhərlər və qəsəbələrə kimi uzanan bu böyük xalq hərəkatı dövləti himayə məqsədi daşıyıb. Bu "xalq deməlidir" deyənlər üçün kafi bir cavabdır. Xalq hansı dillə deməlidir?

İmam Xomeyni televiziya vasitəsi ilə canlı olaraq yayımlanan qısa çıxışında media işçilərinə uğurlar arzu edərək, dedi: Bu sahədə bəzi dairələr var ki, xalqın xidmətində olmalı idilər. Amma, qəsbkar rejim onlardan öz qanunsuz məqsədləri üçün istifadə edib. 

Şərh yaz


Məxfi kod
Yenilə