Çərşənbə, 07 Fevral 2018 13:53

İslam İnqilabı Fəcr Ongünlüyü xronikası - 18 Bəhmən 1357-ci il

İslam İnqilabı Fəcr Ongünlüyü xronikası - 18 Bəhmən 1357-ci il

Bu gün 18 Bəhmən və İslam İnqilabı Fəcr Ongünlüyünün yeddinci günüdür. İslam İnqilabının qələbə çalması ilə əlaqədar olan bir gün olaraq 1979-cu ildə, bu gündə baş vermiş hadisələrə nəzər salırıq.

18 Bəhmən 1357-ci hicri şəmsi ili

İnqilab Şurası tərəfindən baş nazir seçilən Bazərqan 17 Bəhmən tarixində rəsmən təqdimatının baş tutmasının ardınca, bu gündən etibarən rəsmən fəaliyyətə başlamış oldu. Amma, hələ də özünü qanuni baş nazir hesab edən Şapur Bəxtiyar Baş Nazirlik binasını tərk etmək istəmirdi.

Mehdi Bazərqan 18 Bəhmən günü səhər saatlarında ən vacib şəxsi əşyalarını götürərək, Ələvi Mədrəsəsinə gəldi. O, Baş Nazirlik binasına getməyəcəyini və İmamın olduğu məkanı Baş Nazirlik ofisi olaraq seçdiyini elan etdi.

Mərakeşdə olan Məhəmməd Rza Pəhləvi Avropa qəzetlərindən biri ilə müsahibədə hələ də İran şahı və silahlı qüvvələrin baş komandanı olduğunu deyir.

Misir prezidenti Ənvər Sadat Məhəmməd Rza Pəhləvindən İranın "F-14" qırııclarını Misirə köçürməsini istəyir.

Bu gün müxtəlif təbəqələrdən olan xalq kütləsi İmam Xomeyni ilə görüşürlər. O həzrət Kürdüstan əhalisi qarşısına şiə və sünnilərin birliyi və qardaşlığı haqda çıxış edir. Əhvaz şəhərindən gəlmiş ruhanilər ilə görüşdə isə hərəkatın davam etdirilməsini bir vəzifə adlandırır. Məhkəmə vəkilləri ilə görüşdə isə şahın mühakimə edilməli olduğunu vurğulayır.

ABŞ prezidenti, dövlət katibi və müdafiə naziri general Hayzerin İrandakı missiyasının başa çatmasından sonra, bir iclas təşkil edirlər. İclasın ardınca ABŞ Dövlət Departamentinin sözçüsü deyir: Biz hələ də Bəxtiyar hökumətini qanuni hökumət olaraq tanıyır və konstitusiyanın icrasını dəstəkləyirik.

Digər tərəfdən Ağ Evin sözçüsü deyir: Bəxtiyar xalqın rəyinə hörmət etməlidir.

Müvəqqəti hökumətin üzvlərindən olan Səncayi məsələlərin dinc şəkildə həll edilməsi ilə bağlı Bəxtiyar və Bazərqan arasında müzakirələrin davam etdiyini deyir.

London radiosu deyir: Ayətullah Xomeyni hərəkatı ilə ordu arasında danışıqlara başlanılıb.

Müxtəlif təbəqələrdən olan xalq kütləsi o cümlədən tələbələr Bazərqanın başçılıq etdiyi müvəqqəti hökuməti dəstəkləyir.

Zəncan əhalisi 50 min nəfərlik bir yürüş təşkil edərək, İmam Xomeyni və təyin edilmiş baş nazirə öz dəstəyini nümayiş etdirir.

Asoşeyted Press isə bildirir: İran ordusuna yaxın olan Qərb diplomatları generalların çevriliş üçün güclü olmadıqları qənaətinə gəldiklərindən xəbər verirlər.

London və Moskva radioları isə bildirirlər: Yüzlərlə sabiq ordu zabiti o cümlədən şah ilə müxalif olduqları üçün ordudan kənarlaşdırılan generallar Ayətullah Xomeyniyə dəstək verirlər.

Tehranın hərbi komandanı xalqın komendant saatına əhəmiyyət verməməsinə görə, yasaq müddətini azaldır.

Məclisin daha 13 üzvü istefa verir. İki gün öncə də Məclisin 40 üzvü istefa vermişdi.

Misir prezidenti Ənvər Sadat Mərakeşdə olan Məhəmməd Rza Pəhləvi ilə telefon əlaqəsi saxlayır.

64-cü Rzaiyə Ordu Qərargahının adyutantı polkovnik Şəkuri hərbi hissəyə gedərkən, terror edilir.

BMT Baş Assambleyası İrandakı durumun narahatlıq doğurduğunu bildirir.

 

Şərh yaz


Məxfi kod
Yenilə