Çərşənbə axşamı, 06 Fevral 2018 13:36

17 bəhmən 1357 (6 fevral 1979) İslam İnqilabı Fəcr Ongünlüyü

17 bəhmən 1357 (6 fevral 1979) İslam İnqilabı Fəcr Ongünlüyü

Bu gün Fəcr Ongünlüyünün 6-cı günüdür. İranda ilk gündür ki, iki baş nazir vardır. Birini inqilab, birini isə şah təyin etmişdir. Bəxtiyar gücdən istifadə edərək öz gücünü göstərməyə və xalqın səsinin qarşısını almağa çalışır. İmam və İnqilabı seçdiyi hökumət də ictimai dəstəklərlə öz mövqeyini tapmaqdadır. Bu günün önəmli olaylarına diqqət yetiririk.

Bu gün çərşənbə axşamı günü səhər, hərbi təyyarələr Tehran səmasında analoqu olmayan uçuşlar keçirdilər. 

Bəharstan və parlament meydanına çıxan yolların hamısı silahlı qüvvələrin nəzarətində idi. 

Vətəndaşlara öz vədlərini yerinə yetirmək üçün çalışdığını göstərmək istəyən Bəxtiyar parlamentə gəldi və parlament deputatları onun iştirakı ilə SAVAK-ın (Şah rejiminin təhlükəsizlik orqanı) ləğvi, 1342-ci günəş ili baş naziri və nazirlərinin vəzifəsindən sui-istifadə etdiklərinə görə həbsini təsdiqlədilər. 

Bu gündə Milli Şura Məclisi (40-dan çox deputatı istefa vermişdi) işə başladı. Bəxtiyar bu iclasda iştirak etdi. 

Bəxtiyar Milli Şura Məclisində çıxışı zamanı dedi: Zarafat və söz olduğu vaxta qədər müvəqqəti hökumətə dözəcəyik. Lakin ciddi şəkildə fəaliyyətini davam etdirmək istəyərsə, o vaxt onunla mübarizə aparacağam. 

Şura Məclisinin sədri doktor Səid məclisin bugünkü iclasında deyib: Şiənin böyük təqlid mərcəyi Həzrət Ayətullahülüzma Xomeyniyə vətənə qayıtması münasibəti ilə öz tərəfimdən və nümayəndələr tərəfindən "xoş gəldin" deyirəm. 

Bazərqan hökumətinin təsdiqlənməsi üzrə ictimai yürüşə dair imamın dəvəti ardınca, ölkəni irimiqyaslı yürüş bürüdü. 

İmam Xomeyni bir çıxışında bildirdi: Ölkənin xeyrinə məntiqli və faydalı iş budur ki, Bəxtiyar və ordu İslam İnqilabı qarşısında müsbət funksiyaya malik olsunlar. 

Tehran Mübariz Ruhanilik Cəmiyyəti bir bildirişdə vətəndaşları 19 bəhmənə qədər irimiqyaslı aksiyalarda iştirak edərək Bazərqanı dəstəkləməyə çağırdı. Başqa siyasi dairələr də 19 bəhmən aksiyasında vətəndaşların iştirakının vacibliyini vurğuladılar. 

Xarici İşlər Nazirliyi bildirdi: İran Sento adlı qərb blokunun hərbi əməkdaşlıqlar sazişindən çıxdı. 

SSRİ mətbuatı Bazərqanın baş nazirliyini müsbət qarşıladı. 

Neftin qiyməti dünya bazarında ikiqat artdı. 

İmam Xomeyni Hərbi Dəniz Qüvvələrinin bir qrup kadrı ilə görüşdə ordunun müstəqilliyi haqda çıxış etdi. 

İmam Xomeyni bir qrup tələbə və neft şirkətinin işçiləri ilə görüşdə xalqın müxtəlif kütlələrinin birliyi və həmrəyliyi, şiə və sünni qardaşlığı, ziyalılıq məsuliyyəti haqda çıxış etdi. 

Bütün ölkələrdə Bazərqan hökumətinə dəstək və Bəxtiyara hökumətinə qarşı aksiya keçirildi. 

Zahidan əhalisinin Bazərqan hökumətinə dəstək aksiyası hücuma məruz qaldı. Bu hadisədə təxminən 62 nəfər öldü və ya yaralandı. 

Həmin vaxta qədər şahın adı ilə and içən Zabitlik İnstitutunun məzunları mərasimində gənc zabitlər şaha vəfadar qalmaq andını içmədi və Allaha, Qurana, vətənə xidmət andını içdilər. 

Həmin gündə ordunu vahid şəkildə hökumətin arxasında saxlamaq və lazım olduğu halda inqilab əleyhinə bir çevriliş etmək tapşırığı olan ABŞ-ın xüsusi elçisi general Hayzer öz fəaliyyətlərindən heç bir nəticə almadan İranı tərk etdi. 

Şərh yaz


Məxfi kod
Yenilə