Bazar ertəsi, 05 Fevral 2018 11:22

İslam İnqilabının Fəcr Ongünlüyü - 15 bəhmən

İslam İnqilabının Fəcr Ongünlüyü - 15 bəhmən

Bu gün İran İslam İnqilabının Fəcr Ongünlüyünün dördüncü günüdür. 1357-ci günəş ili (1979-cu il) bir çox önəmli hadisələr, o cümlədən müvəqqəti baş nazirin Homfəran qrupu üzvlərinin həbsdən azad olunmasına göstəriş verməsi, baş nazirliyin ofisi işçilərinin xalqa dəstək üzrə aksiya keçirilməsi hadisəsi baş verdi. Bu da inqilabın qələbəyə doğru və şahlıq rejiminin məğlubiyyətində həlledici rola malik idi.

İran İslam İnqilabının xüsusi proqramlarından olan dördüncü proqramda siz əzizlərə bu hadisələr haqda ixtisarlı məlumat vermək niyyətindəyik.

İnqilab Şurasının ötən gecəki iclasının ardınca, cənab Bazərqanın müvəqqəti hökumətin baş naziri təklif olunması ilə, bu şura qəti cavabı almaq üçün iclas təşkil edi. İnqilab Şurasının iclasında qərara alındı ki, 16 bəhmən günortadan sonra Rifah məktəbinin teatr zalında cənab Bazərqanın təqdim olunması mərasimi keçirilsin.

Həzrət İmam Xomeyni (rə) bir qərarda İnqilab Şurasına təklif etdi ki, cənab Mehdi Bazərqan müvəqqəti hökumət təşkil etsin.

Xalqa dəstək olaraq ordudan ayrılan Homafəran qrupunun bir dəstə üzvünün həbs olunması ardınca, ruhanilər onların azad edilməsini tələb etdilər.

Fransa İnformasiya Agentliyi bildirdi: Sabiq nazirlər, nazirlərin müavinləri, özəl sektorun bəzi müdirləri, valilər, hətta baş direktorlardan 200 nəfərin hökumət tərəfindən ölkədən çıxışına qadağa qoyulub.

Baş nazirliyin işçiləri İranın mübariz xalqının mübarizələrinə dəstək istiqamətində fəaliyyətlərini dayandırdılar.

Şahlıq rejiminin baş naziri Şapur Bəxtiyar jurnalistləri mətbuat konfransına toplayaraq İmam Xomeyni ilə müzakirə qapılarının açıq olmasından danışdı və bildirdi: Ayətullah Xomeyni ilə müzakirə qapıları hələ də açıqdır.

Bəxtiyar bu müsahibəsinin başqa bir hissəsində İranın gələcək hökuməti üçün İslam Respublikası şüarını naməlum adlandırdı və dedi: Bu məsələ mənim üçün məchuldur.

O həmin müsahibədə əlavə etdi: Mən nə şah, nə də İmam Xomeyni ilə saziş etmirəm, ona (İmam Xomeyniyə) müvəqqəti hökumət təşkil etmək icazəsi vermirəm. Vətəndaş müharibəsi yaradanları güllələyəcəyəm.

Öz iş ofisində yeri olmayan Bəxtiyar yenə də İmam Xomeyni (rə) ilə görüşməyə çalışdı. Lakin İmam (rə) qətiyyətlə bildirdi ki, istefa verməzsə, onu qəbul etməyəcək.

Bəxtiyar Parisdə çıxan Le Matn qəzeti ilə müsahibədə dedi: Mən əvvəllər olduğu kimi Ayətullah Xomeyni (rə) ilə görüşməyə maraqlıyam. Lakin o fərqli mövqe sərgiləyərsə, görüş üçün çalışmağın dəyəri olmayacaq. Belə olduğu halda, biz uzaqdan-uzağa bir-birimiz üçün yaxşı dostlar qalacağıq!

O başqa bir müsahibədə yumşaq-sərt formatlı ritorikası ilə bildirdi: Bəzi prinsiplərdə nə şahla, nə də Xomeyni ilə saziş etməyəcəyəm.

İmam Xomeyni (rə) hökumət və hərbi komandanların təhdidlərinə cavabda buyurdular: Mən nəsihət etməliyəm ki, qəsbkar hökumət xalqı cihada dəvət etməyə məcbur olmağıma səbəb olacaq bir iş görməməlidir. Biz ordudan dərhal xalqa qoşulmasını istəyirik. Onlar bizim övladlarımızdır. Bizim onların hamısına sevgimiz vardır.

İmam siyasətlərinin prinsipləri haqda buyurdular: İrandakı bütün əcnəbi vətəndaşlar sərbəst şəkildə yaşayacaqlar. Biz dini azlıqlara hörmət bəsləyirik. Radio, televiziya və mətbuat haqda fikrim budur, onlar xalqın xidmətində olmalıdır. Hökumətlərin heç bir nəzarət haqqı yoxdur.

Elə həmin gündə bütün İranda bir çox hava bazasında Şah rejimi əleyhinə üsyan qalxdı. Hərbi Hava Qüvvələrinin çoxlu kadrı saxlanıldı və Həmədanın Şahroxi bazasında həbs edildi. London, Melbornda İslam İnqilabının tərəfdarı olan tələbələr irimiqyaslı aksiyalar keçirdilər. Sabiq nazirlər, nazirlərin müavinləri, özəl sektorun bəzi müdirləri, valilər və başqalarından 200 nəfər həbs olundu. Onlara qarşı irəli sürülən ittiham, beytül-maldan sui-istifadə və korrupsiya idi. Hökumət bildirdi ki, Pulsuz Qidalanma Proqramı, Rəstaxiz Partiyası, Vəqflər və Xeyriyyə məsələləri üzrə Təşkilat və başqa idarələrdə korrupsiya ilə əlaqədar bir çox işi araşdırmaqdadır.

İran ordusunun qərargahının sabiq ordu generalı Londonda bildirdi: Yalnız dini rəhbərlərin ordu ilə anlaşması böhranı həll edə bilər.

Şərh yaz


Məxfi kod
Yenilə