Şənbə, 03 Fevral 2018 12:53

14 bəhmən İslam İnqilabı tarixində

14 bəhmən İslam İnqilabı tarixində

Bu gün 14 bəhmən İran İslam İnqilabının Fəcr Ongünlüyünün üçüncü günüdür və bu proqramda 1357-ci ildə baş verən önəmli hadisələrə diqqət yetirəcəyik. Bu günün ən önəmli hadisəsi İslam İnqilabının banisinin hökumətin təşkili üzrə ilk çıxışı vədinə əməl etmək idi. İnqilab Çiləsi proqramı ilə İran xalqının həlledici və həssas günlərindəki hadisələri sizə təqdim edəcəyik.

Bəxtiyar hökumətinin müxtəlif nazirlikləri və idarələrin işçiləri, nazirlər və müdirlər heç kimi iş yerinə buraxmırdılar. 

Ordu gün-gündən xalq qarşısında zəifləyirdi. Fərari əsgərlərin sayı, xüsusilə də İmam Xomeyninin (rə) qayıdışından sonra gözə çarpacaq dərəcədə artmışdı. 

Tehran meri Cavad Şəhristani bu gündə İmamın görüşünə gedən, istefasını ona təqdim edən, lakin yenidən imam tərəfindən mer təyin olunan ilk dövlət rəsmisi idi. 

Bu xəbərin yayılması və başqaları üçün də örnəyə çevilə bilməsindən qorxan Bəxtiyar bir müsahibədə deyib: Bu şəxsin (Şəhristani) məhkəmədə açıq işi var və prokurora onu icraya qoymasını demişəm. 

Həmin gündə Tehran merindən əlavə, bütün dövlət qurumlarının etiraza qalxmış rəsmiləri imama vəfalı olduğunu elan etmək üçün onun yanına getdilər. 

Şəhərin qaranlıqları arasında, elektrik idarəsinin işçiləri imamın iqamətgahı olan parlamentin ətrafında hər hansı yolla elektrikin kəsilməsinin qarşısını alırdılar. 

Televiziyanın etiraza qalxmış işçiləri Tehranın böyük bir ərazisini əhatə edə biləcək müvəqqəti ötürücü yaratdılar və həmin vaxtda İnqilab Kanalı adı ilə məşhurlaşmışdı. 

Bir neçə gün öncə saxlanılan Humafəran (Hərbi Hava Qüvvələrində bir dəstə) qrupunun ailələri bir daha ədliyyə binası önündə aksiya keçirdilər. 

Kütləvi İnformasiya Vasitələri bildirdilər ki, ABŞ hökuməti şahla əlaqəsini kəsib və hətta ABŞ-a yaxın olan şahın səfiri Ərdəşir Zahidini qəbul etməyib. 

İnqilab Şurası bir siyahı tənzimləyib və ölkədə seçki keçirilənə qədər müvəqqəti baş nazir olaraq cənab Mehdi Bazərqanini Həzrət İmam Xomeyniyə təqdim etdi. 

Həzrət İmam Xomeyninin İrana gəlişi münasibəti ilə şənliklərin davam etdiyi bir vaxtda, Həzrət İmam Xomeyni (rə) bir mətbuat müsahibəsində İranın islam quruluşunun gələcək mövqelərini açıqladı və bildirdi ki, tezliklə inqilabın müvəqqəti hökuməti təşkil olunacaq. 

İmam Xomeyni (rə) həmçinin şahın əlaltısı olan baş nazir Bəxtiyarın hökumətinə xəbərdarlıq etdi ki, vətəndaşların repressiyası davam etdiyi halda cihad hökmünü verəcək. 

Bəxtiyar Le Matnla müsahibədə dedi: Bəzi vaxtlar səbir ən yaxşı taktikadır. Ayətullah Xomeyni müqəddəs Qum şəhərində təklif etdiyi hökuməti yaradarsa, ona Vatikana bənzər hökuməti yaratmaq icazəsi verəcəm. 

Bəxtiyar bildirdi ki, ictimai və dini məsələlərin həllində Ayətullah Xomeyninin rolunu qəbul edir. 

Parlamentin 40 deputatı istefa verməyə hazır olduğunu bildirdi. 

Baş nazirliyin işçiləri İnqilab Şurası ilə həmrəyliyi elan etdi. 

Homafəran Behbəhan rayonunda Pəhləvi rejimi əleyhinə aksiya keçirdi və İmam Xomeyniyə dəstək şüarları verdi. 

Həbs olunmuş Humafəran qrupunun ailələri yenidən ədliyyə binası önündə aksiya keçirdilər. 

Yasir Ərəfat İmama ünvanladığı müraciətdə bildirdi: İran xalqının qələbəsinin nəticələri bu ölkənin sərhədləri ilə məhdudlaşmayacaq. 

Mehdi Bazərqanın baş nazir olması təklifi 14-cü gecədə imamın diqqətinə çatdırıldı. Bu şuranın iclası Həzrət İmam Xomeyni (rə) və İnqilab Şurasının üzvlərinin iştirakı ilə keçirildi. Yenidən müzakirə və araşdırmadan sonra, İnqilab Şurası üzvlərinin təklifi və imamın razılığı ilə Mehdi Bazərqan müvəqqəti hökumətin baş naziri seçildi. 

Şərh yaz


Məxfi kod
Yenilə